» » » Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (4-cü hissə)

Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (4-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

vergilərMüxtəlif ölkələrdə vergilər necə tətbiq edilib?

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

İkinci yenilik amerikalılar üçün xüsusi verginin – gerb yığımının tətbiqi oldu. Bu birbaşa vergi idi – istənilən çap məhsulu, o cümlədən hüquqi sənədlər və qəzetlər müstəmləkənin kağız pullarında deyil, Londondan Britaniya valyutası ilə alınan gerb kağızında çap olunmalı idi.

Bu vergi, ümumiyyətlə, heç bir gəlir gətirmədi, belə ki, koloniyaçılar üçün şüarı  no taxtion without representation oldu  – vergiləri yalnız yerli parlamentlər tətbiq edə bilərdi, Böyük Britaniya parlamentində isə koloniyaçılar təmsil olunmurdular.

İş onunla nəticələndi ki, koloniyaçıların narazılıqlarını Londondakı nüfuzlu siyasi qüvvələr də qəbul etdilər, parlament vergini ləğv etdi, koloniyaçılar isə bunu zəiflik kimi qəbul etdilər və iş sonda Benjamin Franklinin xəbərdarlıq etdiyi kimi nəticələndi: “səpilən toxumlar iki ölkəni bir-birindən uzaqlaşdıracaq”.

 Amerikanın növbəti vergi innovasiyaları ilə artıq müstəqillik dövründə ABŞ-ın ilk maliyyə naziri Aleksandr Hamilton məşğul olub.

1787-ci il konstitusiyasına görə ABŞ Konqresi (təkcə ştatlar deyil) vergi tətbiq etmək səlahiyyəti əldə etdi. 1789-da Hamilton dövlət borcuna xidmət etmək və federal hökumətin maliyyələşdirilməsi üçün idxal tarifini tətbiq etməyə müvəffəq oldu. 1791 – ci ildə Hamilton Konqresdən ümummilli aksizi-əsasən viski qəbulu üçün tələb etdi (və razılıq aldı).

Hindularla vuruşan ABŞ vətəndaşları hiddətləndilər

 Onların hamısı viski istehsal edirdilər, bu içkiyə yeganə bərk valyuta kimi baxırdılar və hesab edirdilər ki, onlar öz döyüşləri ilə vətəndaş borcunu tamamilə yerinə yetiriblər, deməli, heç bir aksiz haqqı ödənilməyəcək.

Kütləvi iğtişaşlar 1791-ci ildə başlamış və Filadelfiya Federal məhkəməsinə altı aksiz ödəyicisi gətirildiyi zaman 1794-cü ildə zirvəyə çatmışdı. Üsyançılar baş vergi toplayıcısının evini yandırmışdılar.

Pensilvaniyanın qubernatoru qiyamın yatırlması üçün polis göndərməkdən imtina etdi və Hamilton prezident Vaşinqtonu dövlətə xəyanətdən söhbət getdiyinə inandırmağa cəhd etmişdi.

Sonda Vaşinqton 12,9 min nəfərdən ibarət böyük bir ordu topladı və qiyamı yatırdı.

Qiyamın təşkilatçılarından iki nəfəri asılmaqla edama məhkum olunsa da, Vaşinqton onları əhv etdi. Hamilton isə bildirdi ki, aksiz qiyamı yatırıldıqdan sonra nəhayət “hökümət ilk dəfə nüfuz və güc əldə etdi”.

1798-ci ildə ABŞ və inqilabi Fransa arasında münasibətlər gərginləşən zaman Konqres ölkə ərazisində nəinki söz və mətbuat, eləcə də əcnəbilərin fəaliyyətini məhdudlaşdıran Allen and Sedition Acts aktını qəbul etdi, həmçinin radikal vergi yeniliklərinin tətbiqinə əl atdı.

İlk dəfə olaraq mənzilə, torpaq və qullara görə birbaşa vergi tətbiq edildi, hansı ki, bu büdcəyə 2 milyon dollar (təkcə Pensivaniya sakinləri 237 min dollar ödəməli idilər) gətirməli idi.

Konqres bu cür vergiyə ehtiyacını beynəlxalq gərginlik şəraitində əhəmiyyətli hərbi donanma yaratmaq niyyətində olan Prezident Con Adamsın planları ilə izah edib.

Pensilvaniyada az da olsa qullar olduğundan, vətəndaşlar bunu evə tətbiq edilən vergi kimi qəbul etdilər.

İnsanlar  vergi müfəttişlərinin evbəev gəzib pəncərələri saymalarından hiddətə gəlmişdilər. Vətəndaşlar həmçinin bu vergini qeyri-konstitusion hesab edirdilər, çünki verginin ölçüsü heç cür ştat əhalisinin sayıdan asılı deyildi, ona görə də ödəməkdən imtina edirdilər.

Bunun nəticəsində Pensilvaniyadakı vergi ödəyiciləri üsyan etdilər, amma hökumət polisi həmin üsyanı yatırdı. 13 qiyamçı məhkəməyə çıxarıldı, onlardan üç nəfəri dövlətə xəyanətdə suçlandıqlarından edam cəzasına məhkum olunsalar da, Adams onları əfv etdi.

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilər vergilər vergilər vergilər