» » » Məcburi dövlət sosial sığorta haqqının məbləğində dəyişiklik edilib

Məcburi dövlət sosial sığorta haqqının məbləğində dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

MDSS“Sosial Sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”na əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta (MDSS) haqqı aşağıdakı dərəcələrlə ödəniləcək:

Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əmək haqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında.

Qərarın keçid müddəasına əsasən, bu cür hesablama 1 yanvar 2020-ci il tarixdən tətbiq olunur. Qeyd edək ki, 2019-cu ildə qüvvədə olan sosial qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta haqqı hesablamaları aşağıdakı qayadada həyata keçirilirdi:

Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin:

  • Bakı şəhərində 100 faizi;
  • Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,
  • respublika tabeli digər şəhərlərdə 80 faizi,
  • rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi,
  • kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Hazırda ölkəmizdə minimum əmək haqqının 250 manat olduğunu nəzərə alsaq, ticarət, tikinti və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın 2019-cu ilin dekabr ayı üzrə hesablanacaq sosial ayırmaları aşağıdakı kimi müəyyənləşdirilir:

Region Ticarət və tikinti sahəsi üzrə Digər sahələrdə
1 Bakı şəhəri 125 (250 manat x 50 faiz x 100 faiz) manat 50 (250 manat x 20 faiz x 100 faiz) manat
2 Sumqayıt və Gəncə şəhərləri 112,50 (250 manat x 50 faiz x 90 faiz) manat 45 (250 manat x 20 faiz x 90 faiz) manat
3 respublika tabeli digər şəhərlər 100,00 (250 manat x 50 faiz x 80 faiz) manat 40 (250 manat x 20 faiz x 80 faiz) manat
4 rayon mərkəzləri, digər şəhərlər və qəsəbələr 75,00 (250 manat x 50 faiz x 60 faiz) manat 30 (250 manat x 20 faiz x 60 faiz) manat
5 kənd yerləri 62,50 (250 manat x 50 faiz x 50 faiz) manat 25 (250 manat x 20 faiz x 60 faiz) manat

1 yanvar 2020-ci il ildən isə məcburi dövlət sosial sığorta haqqı ödənişində ölkə üzrə vahid qayda tətbiq ediləcək. Həmçinin ticarət və tikinti sahələrinə aid edilməyən digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar isə minimum aylıq əmək haqqının 20 yox, 25 faizi nisbətində məcburi dövlət sosial ayırmaları ödəyəcəklər.

Ticarət və tikinti sahəsi üzrə Digər sahələrdə
125 (250 manat x 50 faiz) manat 62,50 (250 manat x 25 faiz) manat

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
MDSS