» » » Müəssisənin təqdim edilməsi ilə hüquqi şəxsin iştirak paylarının təqdim edilməsi arasındakı fərq nədir?

Müəssisənin təqdim edilməsi ilə hüquqi şəxsin iştirak paylarının təqdim edilməsi arasındakı fərq nədir?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

 iştirak paylarının təqdim edilməsi iştirak paylarıSual:

Müəssisənin təqdim edilməsi ilə hüquqi şəxsin iştirak paylarının təqdim edilməsi arasındakı fərq nədir? Həmçinin, Vergi Məcəlləsinin 160.1-ci maddəsində qeyd edilir ki, müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilməsi vergi tutulan əməliyyat sayılmır. Əgər müəssisənin bir yox, bir neçə əməliyat çərçivəsində, yəni 100% iştirak payını hərəsi 25% olmaqla 4 (dörd) əməliyyat çərçivəsində təqdim olunması vergi tutulan əməliyyat sayılırmı? Digər tərəfdən də Vergi Məcəlləsinin 164.1.17-ci maddəsində qeyd olunur ki, hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsi ƏDV-dən azaddır.

Cavab:

Bildiririk ki, vergi tutulmayan əməliyyat və vergidən azad edilən əməliyyatlar bir-birindən fərqlidir. Qeyd etdiyiniz kimi, Vergi Məcəlləsinin 160.1-ci maddəsinə əsasən müəssisənin bir əməliyyat çərçivəsində təqdim edilməsi ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılmır. Eyni zamanda, Vergi Məcəlləsinin 164.1.17-ci maddəsinə əsasən, hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsin ƏDV-dən azad əməliyyat sayılır. Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payı və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 101.2-ci, 104.6-cı, 105.1-ci, 160-cı və 164-cü maddələri.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun