» » » “Asan İmza” xidmətinin sms vasitəsilə uzadılması

“Asan İmza” xidmətinin sms vasitəsilə uzadılması

posted in: Xəbər | 0
birbank biznes

“Asan İmza” xidmətinin sms vasitəsilə uzadılması

Asan İmzaBu xidmətdən “Asan İmza” SİM kartını istifadə edən və həmin SİM kartda “Asan İmza” xidmətinin etibarlılıq müddəti bitən abunəçilər yararlana bilərlər.

Qeyd: Abunəçi “Asan İmza” xidmətinin istifadəçisi olduqda, həmin xidmətin etibarlılıq müddəti bitmədikdə və istifadəçi yararlandığı “Asan İmza” xidmətinin tipi və istifadə müddətinin bitməsilə bağlı məlumat almaq istədikdə “8500” qısa nömrəsinə “status” açar sözündən ibarət SMS göndərməlidir.

SMS vasitəsilə xidmətin etibarlılıq müddətini uzatmaq üçün istifadəçi aşağıdakı addımları yerinə yetirməlidir:

  1. Hansı xidmət tipindən istifadə edəcəyini qərarlaşdırmalıdır (“Vətəndaş”, “Biznes” və ya “Dövlət”).
  1. Hər xidmət tipi üçün nəzərdə tutulan tariflə tanış olmalı və “Asan İmza”nın lazım olan tipinin aktivləşdirilməsi üçün balansında müvafiq məbləğin olub-olmamasını yoxlamalıdır.
  1. “Asan İmza” xidmətinin müddətinin uzadılması üçün “8500” qısa nömrəsinə aşağıdakı açar sözlərdən biri ilə SMS göndərməlidir:

“Vətəndaş” tipli xidmətin uzadılması üçün: ferdi

“Biznes” tipli xidmətin uzadılması üçün: biznes

“Dövlət” tipli xidmətin uzadılması üçün: dovlet

Qeydlər:

Hər hansı səbəbdən müvafiq açar sözünün düzgün seçilməməsinə, o cümlədən hər hansı səbəbdən 3-cü şəxslərin (nömrənin və ya cihazın oğurlanması və ya itirilməsi halları da daxil olmaqla) istifadəsinə görə abunəçi məsuliyyət daşıyır. Göstərilənlərlə bağlı “Azercell Telekom” MMC cavabdehlik daşımır.

Abunəçi Asan İmza xidmətinə ilk dəfə qoşulmaq üçün Müştəri Xidmətləri ofislərinin təmsilçilərinə müraciət edərək, tələb olunan ödənişi həyata keçirməklə müvafiq xidmətə 3 (üç) ildən çox olmayan müddətdə qoşula bilər. 3 (üç) illik müddət bitdikdən sonra abunəçi “Asan İmza” xidməti aktiv olan nömrədən aidiyyatı qısa nömrəyə seçilmiş açar sözünü göndərmək ilə xidmətdən istifadə müddətini növbəti müddətə uzadılmasını təmin edə bilər. “Azercell Telekom” MMC-yə müvafiq ödəniş həyata keçdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən Abunəçiyə müvafiq sertifikatın verillməsi üçün müraciət edilməlidir, müvafiq sertifikatın verilməməsinə görə “Azercell Telekom” MMC məsuliyyət daşımır.

Asan İmza xidmətinə ilk dəfə qoşulmaq üçün Müştəri Xidmətləri ofislərinə müraciət etmədən, SMS xidmətindən istifadə etmək ilə Asan İmza xidmətini aktiv etmək mümkün olmayacaq.

Hər hansı səbəbdən Asan İmza xidmətini ləğv etmiş (o cümlədən müvafiq nömrə ilə bağlı münasibətlərə xitam verilmiş, nömrənin təkrar həmin və ya başqa abunəçinin istifadəsinə verilməsi halları da daxil olmaq ilə) abunəçilərə, SMS xidmətindən istifadə etmək ilə Asan İmza xidmətini növbəti dövrə aktiv etmək mümkün olmayacaq.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun