» » » ABŞ iqtisadiyyatına yüz milyardlarla dollar vəsait ayırmaq istəyirlər

ABŞ iqtisadiyyatına yüz milyardlarla dollar vəsait ayırmaq istəyirlər

posted in: Xəbər | 0
birbank biznes

ABŞ iqtisadiyyatına yüz milyardlarla dollar vəsait ayırmaq istəyirlər 

ABŞABŞ Maliyyə Nazirliyi koronavirus pandemiyası fonunda dəstək tədbirləri çərçivəsində milli iqtisadiyyata yüzlərlə milyard dollar əlavə etmək istəyib. Müvafiq bəyanatla Maliyyə naziri Stiv Mnuçin çıxış edib.

Mnuçinin səsləndirdiyi yardımın həcmi 916 milyard dollar təşkil edir ki, bu da Konqresdə iki aparıcı partiyanın nümayəndələri tərəfindən əvvəllər təsdiqlənmiş variantdan səkkiz milyard dollardan çoxdur.

Stimullaşdırıcı paketin həcmi parlamentdə demokratlar və respublikaçılar arasında mübahisələrə səbəb olur:

  • birincilər, nümayəndələr palatasına nəzarət edənlər iki trilyon dollar ayırmağın;
  • ikincilər, Senatda çoxluq təşkil edənlər isə  500 milyardla kifayətlənməyin təəfdarıdırlar.

Mnuçinin və ABŞ-ın hazırkı prezidenti Donald Trampın indiki təklifini Nümayəndələr palatasının spikeri Nensi Pelosi və Senatdakı demokratların lideri Çak Şumeri tənqid edib. Onların sözlərinə görə, təşəbbüs qəbuledilməzdir, çünki işsizlik müavinətlərinin ödənişlərində kəskin azalma nəzərdə tutulur.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun