» » » Roma imperiyasında vergi sistemi (2-ci hissə)

Roma imperiyasında vergi sistemi (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

vergi sistemiRoma imperiyasında vergi sistemi (2-ci hissə)

2-ci hissə


E.ə III əsrin əvvəlində yaşamış Roma tarixçisi Kassiy Dion Kokkean vergiləri bu şəkildə əsaslandırmışdı: “Ordunun saxlanılması üçün və digər dövlət xərclərinin ödənilməsi üçün zəruri olan vəsaitləri hardan əldə etməli? Bunu sizə izah edəcəyəm, amma, öncə qeyd etmək istərdim ki, hətta bizdə demokratiya olsaydı belə, bütün hallarda dövlət büdcəsindən ötrü yenə də pul lazım gələcəkdi.

Hər bir şəhər icmasının torpaq sahələri ölçülürdü.  Torpaq sahibləri və digər vergi məlumatları haqda informasiyanı özündə ehtiva edən imperiyanın hər bir şəhəri üzrə kadastrlar tərtib olunurdu. Sonra isə senzin özü – vətəndaşların mülkiyyət vəziyyəti ilə bağlı siyahıyalma həyata keçirirdi. Bu hər 20-30 ildən bir baş tuturdu. Əsas vergi növü gəlirlərin təxminən onda birini təşkil edən torpaq vergisi idi. Bundan əlavə, meyvə ağacları, üzümlüklər, evlər və tikililər, heyvanlar və qullar, digər qiymətli şeylər vergiyə cəlb olunurdu; hər bir əyalət sakini adambaşına da vergi ödəməli idi. Maliyyə prokuratoru digər vergi növlərinin yığımına da cavabdehlik daşıyırdı:

– dövriyyədə olan malların qiymətinin 1%;

– qul ticarətindən – 4%;

– qulların azad olunmasına görə – 5%;

– duza görə aksiz.

Eramızın 6-cı ilində imperator Oktavian Avqust mirasa görə 5% vergi tətbiq etdi. Bu vergiyə əyalət sakinləri deyil, yalnız Roma vətəndaşları cəlb olundu. Vergi məqsədyönlü xarakter daşıyırdı – peşəkar əsgərlərin pensiyasının ödənişi üçün nəzərdə tutulmuşdu; onların qohumları isə vergidən azad olunurdu. Avqust həmçinin bütün gətirilən və aparılan mallara görə də rüsumlar tətbiq etmişdi. Orta vergi stavkası 5% təşkil edirdi, amma malın növündən asılı olaraq differensasiya aparılırdı. İmperator Diokletian isə ova görə vergi sistemi tətbiq etmişdi.
Lakin vergi məmurlarının sayı az olduğundan, vergi yığımı icmalara tapşırılmışdı. Əhalisinin 60 milyon təşkil etdiyi Roma imperiyasında illik büdcə həcmi milyard sestersiyə bərabər idi. Orta hesabla hər bir nəfərdən ildə 15 sestersi və ya natural şəkildə 40 kq buğda alınırdı.
Hərbi xərclər ildə 400 milyon sestersi təşkil edirdi. Ordunun böyük hissəsinin yerləşdiyi sərhəd əyalətləri, büdcəyə ödədiklərindən daha çox vəsait alırdılar. Pul axını sərhəd əyalətlərində urbanizasiya prosesini sürətləndirdi və dərinləşdirirdi. Büdcə hesabına qalalar, yollar, körpülər, dəniz və çay limanları, ictimai binalar və s. inşa edilirdi.

Roma imperiyası vergi sistemi-ni və digər ənənələri və qanunları Bizansdan götürmüşdü.

VII əsrə kimi Roma imperiyasında 21 birbaşa vergi növü mövcud idi: torpaq vergisi; adambaşına vergi; ordunun təchiz olunmasına görə vergi; atların satın alınmasına görə vergi; əsgər yığımına görə vergi, hansı ki, ödəməklə hərbi xidmətdən azad olmaq mümkün idi; malların satışına görə rüsum (10 fazidən 12,5 faizə kimi); dövlət aktlarının verilməsinə görə rüsum və s.
Tikilən bina təyin edilmiş ölçülərdən böyük olardısa, onda cərimə – “havaya görə vergi” ödənilirdi. Vəzifədə yüksələn senatorlar, məmurlar və zabitlər xüsusi vergilər ödəyirdilər.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.