» » » Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (13-cü hissə)

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (13-cü hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibatlığın roluMühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

13-cü hissə

Məqalənin 12-ci hissəsini buradan oxuya bilərsiniz.

Hesabdarlığın ictimai özünüidarənin iqtisadi və hüquqi təbiətinə ciddi cavab verən lazımi məntiqi həmahəngliyi olmalıdır.

A.A. Moşkin

Metodologiya adı altında elmi tədqiqatların metodları barədə elm nəzərdə tutulur. Bu, ayrı-ayrı elmlərdə tətbiq olunan metodların, elmi tədqiqat və ya idrak üsullarının məcmusudur. Mühasibat uçotunda metodologiya qarşılıqlı əlaqəli spesifik üsulların və onun təşkilatının elmi cəhətdən əsaslandırılmış tədqiqinin üsullarının məcmusudur.

P.S. Kaşayev, A.N. Kaşayev, İ.P. Komissarova

Mühasibat qeydlərində, dərsliklərdə, normativ sənədlərdə mühasibat metodologiyasını axtarmaq əbəsdir. Bu metodologiya yatmış gözələ bənzəyir; o, yaşamır, yatır. Uçot metodologiyasının orijinalı təsərrüfat proseslərində çalışan insanların beynində yer alıb.

Y.V. Sokolov, S.M. Bıçkova

Hər bir radio həvəskarına məlumdur ki, səslərin və ya siqnalların dəqiq və aydın şəkildə qəbul edilməsi üçün qəbuledici müəyyən bir uzunluq dalğasında konfiqurasiya edilməlidir. Eynilə, təsərrüfatda baş verən proseslərin düzgün qavranılması üçün də mühasibat uçotu müvafiq “uçot dalğasına” əvvəlcədən köklənməlidir.

V.K. Munyux

Mühasibt texnikası effektiv deyil, amma görünəndir.

S.M. Barats

Mühasibat uçotu metodu – mühasibat uçotu predmetinin (obyektlərinin) öyrənildiyi üsulların və fəndlərin məcmusudur.

T.M. Quseva, T.N. Şeina

Klassik yanaşma ondan ibarətdir ki, mühasibat uçotu obyekti kimi təsərrüfat subyekti (müəssisə, təşkilat, müəssisə, tikinti, sahibkar və s.), predmeti kimi isə bu subyektin iqtisadi göstəricilərdə xüsusi kəmiyyətlə ifadə edilmiş işgüzar fəallığına ənənəvi olaraq baxılır.

V.D. Novodvorskiy, A.N. Xorin

Onun idealları debitor, kreditləşdirmə və saldolaşdırma, hətta hər bir qeyd üçün təsdiqləyici sənədlərin mövcudluğudur.

Q. Emerson

Müəssisədə uçotun təşkili dedikdə mühasibat uçotu metodologiyasının və texnikasının məqsədyönlü qaydaya salınması və təkmilləşdirilməsi nəzərdə tutulur.

A.D. Şmigel

Məqalənin 14-cü hissəsini buradan oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibatlığın rolu