» » » Gəlir vergisi normaya necə çevrildi? (1-ci hissə)

Gəlir vergisi normaya necə çevrildi? (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Gəlir vergisi normaya necə çevrildi? (1-ci hissə)gəlir vergisi

Tarixi ölçülərə görə gəlir vergisi çox yeni bir fenomendir: sivil ölkələrin əksəriyyəti əhalinin geniş kütlələrinə münasibətdə bunu yalnız 20-ci əsrdə tətbiq etməyə başlayıb.  Bundan əvvəl isə o, bir qayda olaraq, müharibə dövrünün məhsulu kimi fövqəladə bir tədbir idi.

Vergi yeniliklərinin qısa tarixi

Vergitutma sisteminin inkişaf məntiqi belə olub: könüllü ianələrdən icbari ödənişlərə keçid, ardından məsələn, körpüdən keçid üçün gediş haqqı kimi primitiv vergilərdən, aksiz vergiləri kimi dolayı vergilərə, daha sonra isə dolayı vergilərin yığılmasından gəlir vergisinə aid olan birbaşa vergilərin toplanmasına keçid olmuşdur.

Əhali üçün tətbiq olunan ilk vergilərdən biri adambaşına vergi olub. Belə bir vergi yalnız bütün üzvlərin rifah səviyyəsinin təxminən eyni olduğu cəmiyyətlərdə yaxşı işləyə bilər. Sosial differensiasiyanın güclü olduğu yerlərdə isə bəziləri üçün adambaşına düşən vergi məsxərəyə çevrilir, digərləri üçün isə dözülməz hal alırdı.

Və o, mutasiya edərək, sinfi vergiyə çevrilib: onun dərəcəsi ödəyicinin əmlakından asılı olmağa başlayıb. Çoxsaylı istisnalar olduğundan, sosial ədalət pozulurdu. Adambaşına düşən vergidən azad etmək halları hələ Qədim Romadan başlamışdı. Orta əsrlərdə isə məşhur adamlar və ruhanilər özlərinə vergi imtiyazları əldə etməyə çalışırdılar. Fransada isə bu sistem lap absurda qədər gedib çatmışdı: vergi ödənişindən azadlığı hətta pulla satın almaq mümkün idi.

Tədricən adambaşına vergiyə əmlak vergisi əlavə olunur və əmlak vergisi nisbətən səmərəli işləməyə başladıqda, adambaşına vergi ortadan qalxıb. Başlanğıcda mülkiyyət – bu, daşınmaz əmlak, ilk növbədə isə torpaq idi. Ardınca ona digər aktivlər də əlavə olunmağa başladı, amma, sonralar tendensiya yenidən tərsinə dönür və ölkələrin əksəriyyətində əmlak vergisi torpaq vergisi halını alır. Ancaq, istisnalar da var idi : Məsələn, XVIII əsrdə İngiltərədə qulluqçulara, karetalara, atlara, itlərə və pariklərə görə vergilər də mövcud idi.

Vergitutma nəzəriyyəsində hesab edilirdi ki, vergilər ədalətli olmalıdır, yəni, vergi yükü ödəmə qabiliyyəti ilə əlaqəli olmalıdır. Bu nöqteyi-nəzərdən mülkiyyət vergisinin konseptual problemləri çoxdur.

Birincisi, o, əmək gəlirlərini nəzərə almır: bir nəfər gəlir gətirən aktivlərə malik ola bilər, digərinin isə bu cür aktivləri olmaya bilərdi, lakin, o, pul peşəsinə sərmayə qoya bilər və öz əməyi sayəsində layiqincə qazana bilərdi.

İkincisi, ideyaya görə mülkiyyət vergisi onun bazar qiyməti əsasında hesablanmalıdır. Feodalizm dövründə daşınmaz əmlakın alqı-satqısı çox nadir hallarda baş verirdi ki, bu da obyektlərin bazar qiymətini çətinləşdirirdi, ona görə də onları dolayı yolla – mümkün rentanın kapitallaşdırılması vasitəsilə qiymətləndirmək lazım gəlirdi. Belə bir vergi gəlirlərin onda biri və ya on beşdə biri formasını ala bilərdi.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun