» » » Gəlir vergisi normaya necə çevrildi? (2-ci hissə)

Gəlir vergisi normaya necə çevrildi? (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Gəlir vergisi normaya necə çevrildi? (2-ci hissə)vergilər vergi

Tarixi ölçülərə görə gəlir vergisi çox yeni bir fenomendir: sivil ölkələrin əksəriyyəti əhalinin geniş kütlələrinə münasibətdə bunu yalnız 20-ci əsrdə tətbiq etməyə başlayıb.  Bundan əvvəl isə bu, bir qayda olaraq, müharibə dövrünün məhsulu kimi fövqəladə bir tədbir idi.

Üçüncüsü, qısamüddətli dövrdə gəlirlər dəyərləndiriləndən çox güclü şəkildə kənara çıxa bilərdi. Məsələn, iki fermer eyni ölçüdə əraziyə malikdirlər, lakin birinin məhsulu çox qıt olub, digəri isə sahəsindən əla məhsul toplayıb. Bundan əlavə, fermerlərdən birinin sahəsi məhsuldar torpaqlardan ibarət ola bilər – çubuğu da əksən, böyüyüb ağac olacaq, digəri isə nəsə yetişdirmək üçün çoxlu zəhmət çəkməli və səylər göstərməlidir. Ona görə də burada gəlir əldə etmək üçün çəkilən xərcləri nəzərə almaq məntiqli olardı.

Vergi sisteminin inkişafı ilə məhz, bu baş verdi: biznes vergilərin xərclər hissəsini nəzərə aldı və hüquqi şəxs kimi sənədləşdirilməyə başlanıldı. Və vergitutmaya cəlb edilən fiziki şəxsin gəlirləri məcmu gəlir kimi deyil, xalis gəlir kimi nəzərə alınmağa başlanıldı.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Dördüncüsü, mülkiyyət vergisi onun ağırlığını nəzərə almır. Adamların birində mənzil yüklü olmaya bilər, digəri isə ipoteka ilə satın alıb və bu mənada həmin mənzilin 30%-i ona məxsusdur. Yüklülük təmiz gəlir yaratmaq qabiliyyətinə təsir göstərir: faizlər – bu, ümumi gəlirdən çıxılmadır. Məhz buna görə də bizim dövrümüzdə əksər ölkələrdə ipoteka üzrə faizlər bu və ya digər dərəcədə vergi tutulan gəliri azaldır.

Beşincisi, iqtisadi münasibətlərin erkən mərhələlərində demək olar ki, bütün mülkiyyət istehsal məqsədi daşıyırdı, yəni, gəlir gətirirdi. Lakin, tədricən insanın özünün yaşadığı mənzil daha böyük rol oynamağa başlayır, çünki sahibinə gəlir gətirmirdi. Belə bir əmlakın da həmin dərəcə ilə vergiyə cəlb oluub-olunmadığı aydın deyildi.

Nəhayət, yalnız görünən mülkiyyəti vergitutmaya cəlb etmək olur. Mülkiyyət – əsasən daşınmaz əmlak olduqda, işlər daha asandır; mülkiyyətin digər növləri geniş yayıldıqda, işlər bir qədər mürəkkəbləşir. Brilyantlar, rəsmlər deyil, atlar, karetalar və pariklər seçildikdə, “görüntü” nöqteyi-nəzərindən daha məntiqlidir.

Orta əsrlərin sonlarında əmlak vergisi yoxa çıxmağa başlayır. XVI əsrə qədər onu istehlak vergiləri olan aksizlər əvəz edir. Onların da öz təhrifləri var idi. Əgər aksiz vergisi, bütün mallara bərabər şəkildə tətbiq edirlərdisə, bu, yoxsullar üçün böyük bir yükə çevrilirdi, çünki onların bütün gəlirləri istehlak üçün sərf olunurdu və onlar özlərini güc-bəla ilə dolandıra bilirdilər (zənginlərin istehlak xərcləri isə gəlirlərin kiçik bir hissəsini təşkil edə bilərdi). Fiskal gəlirlərin əsas mənbəyi olan aksiz vergisinə isə, demək olar ki, hər şey –  və ya ən çox işlədilən mallar – cəlb olunurdu. XVII əsrdə İngiltərədə bunlar, məsələn, ərzaq məhsulları, içkilər, o cümlədən çay və pivə, sabun, şamlar, dəri, çap məhsulları, şüşə, dərmanlar, tütün…. məhsulları idi. XVIII əsrdə Fransada şəkər və kofe üçün vergilər mövcud idi. Prussiyada XIX əsrin əvvəlində şərab, brendlərə, pivə və mal-qara kəsiminə aksiz vergisi tətbiq olunurdu.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun