» » » Elektron qaimə-fakturanın təsdiqlənməsi hansı müddətdə mümkündür?

Elektron qaimə-fakturanın təsdiqlənməsi hansı müddətdə mümkündür?

posted in: Xəbər | 0
birbank biznes

Elektron qaimə-fakturanın təsdiqlənməsi hansı müddətdə mümkündür?

Elektron qaimə-fakturanın təsdiqlənməsi, ictimai iaşə fəaliyyəti, E-Qaimə, elektron qaimə-faktura ləğvTəqdim olunan elektron qaimə-fakturanın təsdiqlənməsi prosesi ilə bağlı müəyyən vaxt məhdudiyyəti tətbiq edilir. İqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi ödəyicisi göndərilən elektron qaimə-fakturanı qəbul etdikdən sonra onu təsdiq etmək səlahiyyətinə malikdir. Əgər elektron qaimə-fakturanı qəbul edən vergi ödəyicisi 5 gün ərzində onu təsdiq etməzsə, həmin e-qaimə-faktura proqram təminatı tərəfindən avtomatik təsdiqlənir.

Misal 1: Vergi ödəyicisi 1 may 2020-cu il tarixdə malların satışı ilə bağlı qarşı tərəfə elektron qaimə-faktura göndərib. Əgər qarşı tərəf 5 gün ərzində elektron qaimə-fakturanı təsdiq etməzsə, 5 may 2020-ci il tarixdə həmin elektron qaimə-faktura təsdiqlənmiş hesab olunacaq.

Burada bir məqama diqqət yetirmək lazımdır: əgər, mizsal üçün , “AA” MMC elektron qaimə-fakturanın tərtibi zamanı səhvə yol veribsə, vergi ödəyicisi onu düzəlişə göndərə bilər.

Misal 2: “AA” MMC-nin təqdim etdiyi elektron qaimə-fakturada 10 ədəd kitab qeyd edilib, amma “SS” MMC-yə 6 ədəd kitab təhvil verilib. Bu zaman “SS” MMC elektron qaimə-fakturanı qəbul etməyib, səbəbi göstərməklə sənədi geri göndərib. “AA” MMC səbəblə tanış olduqdan sonra müvafiq düzəliş edərək elektron qaimə-fakturanı yenidən göndərə bilər. Əgər yenidən göndərməsə, həmin elektron qaimə-faktura ləğv olunmuş hesab edilir.

“SS” MMC təsdiqlə bağlı 5 günlük müddəti ötürübsə, yəni sənəd avtomatik təsdiq olunubsa və ya sənəd alıcının səhvi ucbatından yoxlanılmadan təsdiqlənibsə, o zaman tərəflərin hər hansı düzəliş etmək hüququ yoxdur. Bu halda “SS” MMC elektron qaimə-fakturanı ləğv etmək xahişi ilə “AA” MMC-yə müraciət etməlidir ki, vergi ödəyicisi elektron qaimə-fakturanı ləğv edərək yenisini göndərsin.

Bir məsələni də qeyd edək ki, Nazirlər Kabinetinin qərarında 5 gündən sonra avtomatik təsdiqolunma məsələsi nəzərdə tutulmayıb. Bu müddət vergi orqanının AVİS proqramına verilən texniki tapşırıqda müəyyən edilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun