» » » Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox? (4-cü hissə)

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox? (4-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox? (4-cü hissə)kapitalizm

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı  

Dünyada ən ucuz elektrik enerjisi o vaxt kömürün hasil olunduğu Nyukaslda istehsal olunurdu. Və buxar maşını, məsələn, çox kapital və enerji istifadə edən arxetipik bir ixtira idi. Həmin buxar maşını Böyük Britaniyada ixrira olunmuşdu, çünki ən ucuz enerji və ən bahalı əmək orada idi.

Biz ikinci dövrə – sənaye inqilabı dövrünə keçirik. Yuxarıda qeyd etdiyim kimi, əmək xərclərinin artımına cavab olaraq, maşınların ixtirası baş verdi və nəticədə bu, kustar istehsalın fabrik istehsalı ilə əvəz edilməsinə gətirib çıxardı. O vaxt yaradıcı dağılma küləyi çox güclü əsirdi. Pambıq paltar istehsal edən iplik fabriklərində hətta uşaqlar belə əməklə məşğul ourdu. İcad edilən iplik maşınlarından birincisi Harqrivsin iplik maşını idi ki, (“Jenny iplik”) – həmin qurğu ipləri tutub saxlaya bilirdi. Həmin maşın adi qurğudan çox bahalı idi, amma, yüksək məhsuldarlığa malik idi.

Yəni, kapitala sərf olunan xərclər artırdı, lakin istehsal olunan məhsul vahidi başına əməyə qənaət olunurdu, bu da bahalı işçi qüvvəsi şəraitində çox vacib idi. Toxuculuq dəzgahları ilə də eyni şey baş verirdi.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Bu yaradıcı dağılmanın fəaliyyətinin nəticəsi idi. Yeni texnologiyanın ixtirası məhsuldarlığı artırmışdı, kustar istehsal fabriklər tərəfindən məhv edilirdi və bir çox insan işsiz qalaraq, yoxullaşırdı. Yeni texnologiyaların ortaya çıxması səbəbindən insanlar kütləvi işsizliklə üzləşirdilər. Gəlirlərin itkisi, öz növbəsində kənd rayonlarında kütləvi işsizliyə gətirib çıxarırdı. Biz buna makrosəviyydən baxa bilərik. Cədvəldən də görünürdü ki, bir işçi hesabında buraxılış artırdı, amma, bu Asiya möcüzəsinə bənzəmirdi. Orta əməkhaqqı demək olar ki, dəyişilməz qalırdı.

1818 və 1820-ci illərdə müvafiq olaraq Marks və Engels anadan olmuşdu. 1840-cı ildə onların 20 və 22 yaşları var idi, bu, onların öz iqtisad fəlsəfələrini formalaşdırdığı zaman idi. Onlar nə görürdülər – onilliklər boyu əvvəl baş verənləri: texnoloji inqilab məhsul buraxılışını artırsa da, maaşlar dəyişilməz olaraq qalırdı. Belə vəziyyət onlara nomal bir şey kimi görünürdü, həmin səbəbdən bunu izah edən kapitalizm nəzəriyyəsini icad etdilər.

İşçinin məhsuldarlığı və real əməkhaqqı

Qeyd etmək lazımdır ki, mikrosəviyyədə faktlar maraqlı görünə bilər. Növbəti cədvəl Britaniya Lankaşirində maaşların dəyişilməsini göstərir. Bizdə pambıq fabriklərində məşğul olan kişilər var – yaşıl xətt, mavi xətt – əl əməyidir, moruq rəngli xətt – inşaatçılar və narıncı xətt isə – fermerlərdir. Əgər biz 1770-ci ilə nəzər yetirsək, burada qruplar arasında maaşlarla bağlı demək olar ki, heç bir fərq yoxdur. Pambıqla nə baş verirdi? İplik hazırlayan maşınlar icad olunmuşdu, 1780-ci ildə pambıq istehsalı əhəmiyyətli şəkildə artmışdı, müvafiq işçilərin əməyinə olan tələbat yüksəlmişdi, bu da onların əməyinə ödənilən xərcləri artırmışdı (ədəbiyyatda bu dövr “Qızıl əsr” kimi məşhudur).

Bu yüksək xərclər əməkdən istifadəni ixtisar etmək üçün maşınların icadını stimullaşdırmışdı. Nəticədə effektivlik çox yüksəlmişdi ki, bu da pambıq məhsullarını qiymətini aşağı salmışdı və o da öz növbəsində işçilərin maaşlarına öz təsirini göstərmişdi. Bundan sonra şəhərlərin böyüməsi ilə toxucular üçün azgəlirli və xidmətləri artan inşaatçılar üçün isə yüksək gəlirli yeni bir dövr başlanır. XIX əsrin ortalarına qədər davam edən müxtəlif işçi qrupları arasında güclü bərabərsizlik yaranmışdı. Əl istehsalını fabrik istehsalı ilə əvəz etmək kifayət qədər çox vaxt aparırdı.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun