» » » Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox? (3-cü hissə)

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox? (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox? (3-cü hissə)kapitalizm

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı  

Böyük Britaniya iqtisadi inkişaf baxımından bəlkə də ən yaxşı imperiya idi. Britaniyanın Karib adaları, gələcək ABŞ və Kanada, Hindistan da daxil olmaqla, öz xüsusiyyətlərinə görə tamamilə fərqli koloniyaları var idi. Bütün bunlar Britaniya sənaye malları üçün bazarlar idi.

1776-cı ildə, Amerika Birləşmiş Ştatları müstəqilliyini elan edərkən, İngiltərə əhalisinin üçdə birinə və daha yüksək orta gəlirə sahib idi. Britaniya iqtisadiyyatı koloniyaların tələbatını ödəmək üçün istehsalı artırırdı. Merkantilizm siyasəti, yalnız Böyük Britaniyanın koloniyaları təmin edə biləcəyini nəzərdə tuturdu və onlara təsiri də böyük idi. Pambıq və yun geyimlərinin, metal məmulatlarının istehsalının artımı müşahidə olunurdu.

Londonun əhalisi 1500-ci ildə 50 min nəfər idisə, 1800-cü ildə 1 milyon nəfərə kimi artmışdı ki, bu da onu Avropanın ən böyük şəhərinə çevirmişdi. Urbanizasiya səviyyəsi 7 faizdən 29 faizə, aqrar bölməni çıxmaq şərtilə kənd yerlərində məşğulluq səviyyəsi 18 faizdən 36 faizə kimi yüksəlmişdi.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Bütün bunlar əmək haqlarına çox güclü təsir göstərmişdi. Bu gün insanlar Avropa ölkələrində maaşların təxminən eyni olduğunu düşünməyə alışıblar, amma, keçmişdə bu nə vaxt mümkün idi? Cavab: təxminən 1400-cü ildə, XIV əsrin ortalarında taun epidemiyasından sonra bütün qitə üzrə maaşlarda güclü artım baş vermişdi və müxtəlif ölkələrdə həmin məvaciblər bir-birinə olduqca yaxın idi. O vaxtdan və sənaye inqilabına kimi maaşlar arasında fərq artırdı.

Mənim nəzəriyyəm ondan ibarətdir ki, Avropanın şimalında, London və ya Amsterdamda maaşların artımı müşahidə olunurdu: həmin şəhərlər koloniyalarla ticarət üçün böyük liman mərkəzləri idi və bu, iqtisadiyyatı stimullaşdırırdı. Qitənin qalan hissəsində isə əlahiddə nəsə baş vermirdi, əhali taundan sonra bərpa olunmağa başlamışdı, lakin, bu bərpaolunma demək olar ki, heç bir dəyişikliyə uğramayan resurs bazasının və nəticədə, əməkdən əldə olunan gözləntilərin və maaşların azalması fonunda baş verirdi.

Böyük Britaniyaya qayıtsaq, 1600-cü ildə Londonun hüdudlarından kənarda əməkhaqqı paytaxtın səviyyəsinə yaxınlaşmağa başlamışdı və ölkə üzrə bir çox işçilər çiçəklənməkdə olan qloballaşmadan fayda götürməyə başlamışdılar.

Əməkhaqqı Böyük Britaniyada kapitalın dəyəri ilə müqayisdə artırdı, amma, digər ölkələrdə bu baş vermirdi. Nəticədə, əsas kapitala investisiyalar daha çox pula qənaət etməyə imkan verirdi-maşınlardan istifadə daha sərfəli idi, bu da XVIII əsrdə sənaye inqilabına gətirib çıxardı. Eyni zamanda Londonun yüksəlişi ölkənin kömür sənayesinin inkişafını da stimullaşdırırdı.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun