» » » Peşəkar mühasib sertifikatı üzrə imtahanda iştirak üçün qeydiyyat uzadılıb

Peşəkar mühasib sertifikatı üzrə imtahanda iştirak üçün qeydiyyat uzadılıb

posted in: Xəbər | 0
birbank biznes

vergi orqanlarında işləmək, Peşəkar mühasib sertifikatı imtahanı, Peşəkar mühasib sertifikatıPeşəkar mühasib sertifikatı I mərhələ üzrə imtahanda iştirak etmək üçün qeydiyyat 15 noyabr saat 14:00-dək uzadılıb

Dövlət İmtahan Mərkəzinin server və şəbəkə avadanlıqlarında aparılan texniki işlərlə əlaqədar qeydiyyatı 7 noyabr 2021-ci il tarixində başa çatmalı olan peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində iştirak etmək üçün qeydiyyat müddəti uzadılmışdır.

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində iştirak etmək üçün qeydiyyat 15 noyabr 2021-ci il saat 14:00-dək davam edəcəkdir.

Qeyd edək ki, peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi 21 noyabr 2021-ci il tarixində keçiriləcəkdir.


Peşəkar mühasib sertifikatı II mərhələ üzrə imtahanda iştirak üçün qeydiyyat 21 noyabr saat 23:00-dək davam edəcəkdir

Peşəkar mühasib sertifikatı II mərhələ üzrə imtahanda iştirak üçün qeydiyyat müddəti 21 noyabr 2021-cil saat 23:00-dək davam edəcəkdir.

Qeyd edək ki, imtahan 28 noyabr saat 11:00-da keçiriləcəkdir.


Mənbə: dim.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun