» » » Gəlir vergisi normaya necə çevrildi? (5-ci hissə)

Gəlir vergisi normaya necə çevrildi? (5-ci hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Gəlir vergisi normaya necə çevrildi? (5-ci hissə)gəlir vergisi, ƏDV

Tarixi ölçülərə görə gəlir vergisi çox yeni bir fenomendir: sivil ölkələrin əksəriyyəti əhalinin geniş kütlələrinə münasibətdə bunu yalnız 20-ci əsrdə tətbiq etməyə başlayıb.  Bundan əvvəl isə bu, bir qayda olaraq, müharibə dövrünün məhsulu kimi fövqəladə bir tədbir idi.

XX əsrin əvvəlində hakimiyyət iki məsələnin həlli ilə məşğul idi:

  • Vergilərin yığımı (xüsusilə də, öncə onlar işəgötürənlərdən əməkdaşların siyahısını verməyi tələb edirlər – sonra isə onların maaşlarının siyahısını tələb edirlər;
  • Mənbədən vergi tutulmasını tətbiq edirlər və sosial oriyentasiyanın gücləndirilməsi  ilə, bunun üçün yoxsullardan ötrü simvolik olmayan ayırmalar tətbiq edirlər və miqyasları real bir inkişafa gətirirlər – fərqli gəlir səbətləri üçün fərqli dərəcələr.

Birinci dünya müharibəsi zamanı dərəcələrin kəskin artımı müşahidə olunurdu: maksimum 60% – ə çatırdı və hətta müharibənin sonunda belə, elə də çox aşağı düşmürdü.

Sinfi yanaşma

XIX əsrin əvvəlində Prussiyada aksilər və adambaşına vergilər mövcud idi. Beş faizlik gəlir vergisi çox qısa müddətdə, 1811-1812-ci illərdə müharibə səbəbindən (Prussiya Napoleonun müttəfiqi idi) tətbiq olunmuşdu və müharibə başa çatdıqdan sonra ləğv edilmişdi.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz


1820-ci ildə sinfi vergi – adambaşına və gəlir vergisi arasında hansısa ortaq bir vergi tətbiq olunmuşdu. Sakinləri 12 kateqoriyaya bölmüşdülər. Ən kasıb və ən varlı üçün vergi məbləğinin ölçüsündə 288 növ fərq var idi. Həmin vaxt gəlir vergisi tətbiq olunmamışdı, çünki ölkə vətəndaşları, hətta ən varlılar belə, öz gəlirlərini hesablaya bilmirdilər.

Gəlir vergisi bir də yalnız 1847-ci ildə yenidən tətbiq olunmuşdu. Və özü də yalnız varlılar üçün – digər təbəqlərdən olanlar isə sinfi vergi ödəməkdə davam edirdilər. Zəngin olanlar üçün isə bu, mütləq ifadədə vergilərin artırılması demək idi, özü də bu zaman dərəcəni gəlirlərlə ölçdükdə, onlar elə də yüksək deyildi – 3 faizi ötüb keçmirdi.

Bundan əlavə, ən böyük 83 şəhər üçün istisnalar var idi, belə ki, orada gəlir vergisinin əvəzinə mal-qara kəsiminə görə vergi tutulurdu. Mahiyyət etibarilə gəlir vergisi kənd yerlərində də tətbiq olunmuşdu.

Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun