» » » Gəlir vergisi normaya necə çevrildi? (4-cü hissə)

Gəlir vergisi normaya necə çevrildi? (4-cü hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Gəlir vergisi normaya necə çevrildi? (4-cü hissə)gəlir vergisi, qəribə vergilər

Tarixi ölçülərə görə gəlir vergisi çox yeni bir fenomendir: sivil ölkələrin əksəriyyəti əhalinin geniş kütlələrinə münasibətdə bunu yalnız 20-ci əsrdə tətbiq etməyə başlayıb.  Bundan əvvəl isə bu, bir qayda olaraq, müharibə dövrünün məhsulu kimi fövqəladə bir tədbir idi.

Amerikada koloniyalar uğrunda müharibənin ardınca Napoleon ilə müharibə başladı. 1816-cı ildə müharibə başa çatdıqdan sonra gəlir vergisi ləğv edildi.

Onun tətbiqini uğurlu hesab etmək olardı. Sakinlərin bütün gəlirləri qiymətləndirildi və 100% yığımla toplana biləcək təxmini vergi hesablanmışdı. Amma, həmin məbləğin yalnız 60 faizini toplamaq mümkün olmuşdu…

Və bu verginin tətbiq olunduğu ilk ildə baş vermişdi. Bu o zamanlar idi ki, gəlirləri yoxlamaq çox çətinliklə başa gəlirdi. (Müqayisə üçün: 2014-cü ildə Rusiyada gəlir vergisinin toplanması, müxtəlif hesablamalara görə, hesablanmış əhali xərcləri üzrə 50-70% təşkil edib, bəzi tədqiqatçıların iddia etdiklərinə görə isə həmin rəqəm bundan da aşağı olub).

Növbəti dəfə gəlir vergisi yalnız 1842-ci ildə tətbiq olunmuşdu. Həmin vergi müəyyən müddət üçün – bir il və ya üç il – tətbiq olunurdu və büdcənin qəbulu ilə eyni vaxtda təsdiq olunurdu. Gəlir vergisi hələ də hərbi, fövqəladə vergi reputasiyasını qoruyub saxlayırdı.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Xəzinədarlıq kansleri və İngiltərənin gələcək baş naziri olacaq Uilyam Qladston 1861-ci ildə bəyan etmişdi: o, ümid edir ki, xəzinədarlığın hansısa kansleri –  əlbəttə ki, o özü deyil, ən yaxşı vaxtlarda sükan arxasında kim olsa – gəlir vergisini ləğv etdiyinə görə şair tərəfindən məşhurlaşdırılacaq. Yəni, şair həmin şəxsi buna görə vəsf edəcək.

Qladston 1874-cü ildə yenidən baş nazir seçkisi ilə bağlı seçkiqabağı kampaniya çərçivəsində də verginin ləğvinə tərəfdar çıxmışdı. Qaldstonun seçkidə rəqibi olan Bencamin Dizraeli bu məsələdə onunla həmrəy idi. Bu cür bəyanatlar gəlir vergisinin ləğvinin əleyhdarları tərəfindən seçicilərin ələ alınması cəhdləri kimi qəbul edilirdi.

Hakimiyyətə Dizraeli gəldi. Amma, verilən vədə baxmayaraq, vergi bir daha ləğv edilmədi, üstəlik, hakimiyyət orqanları və ictimaiyyət bunun qeyri-adi haldan daimi vergiyə çevrilməsini qəbul etdi. XIX əsrin sonuna qədər demək olar ki, bütün zamanlarda gəlir vergisi 5-6% səviyyəsində saxlanılırdı.


Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun