» » » Dividend gəlirləri hansı hallarda vergidən azad edilir?

Dividend gəlirləri hansı hallarda vergidən azad edilir?

posted in: Xəbər | 0
birbank biznes

ödəniş tapşırıqları , Bank əməliyyatları , güzəştli vergi , ofşor ölkə , cari vergi ödəyiciləri , güzəşt , Vergi yükünün azaldılması, maliyyə sanksiyaları, xronometraj metodu, kameral vergi yoxlamasının müddəti, kameral vergi yoxlaması, xronometraj metodu, mülki-hüquqi müqavilə, vergi sanksiyası, Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıVergi Məcəlləsinin 122.1 maddəsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə dividend gəlirlərinin hansı hallarda vergidən azad edildiyini şərh edir.

Vergi Məcəlləsinin 122.2-ci maddəsində qeyd olunub ki, dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

Məcəllənin 102.1.22- maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri gəlir vergisindən azaddır.

Misal: ƏDV ödəyicisi olmayan, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan “AA” MMC-nin təsisçisi olan “B” MMC-nin və təsisçisi olan fiziki şəxsin hər birinə 1.000 manat dividend ödəyib.

Bu halda, “AA” MMC ödədiyi dividendlərdən heç bir vergi tutulmayacaq.

Yadda saxlamaq lazımdır ki, “AA” MMC ödədiyi 2.000 manat dividendi rüblük ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1603-cü sətrində göstərməli və bəyannamənin 1612.1.2 sətrində azad olunan 2.000 manat məbləği qeyd etməlidir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun