» » » Tarixin ən acgöz milyarderi – Getti Grinin ibrətamiz taleyi  (2-ci hissə)

Tarixin ən acgöz milyarderi – Getti Grinin ibrətamiz taleyi  (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Tarixin ən acgöz milyarderi – Getti Grinin ibrətamiz taleyi  (2-ci hissə)

Henriyetta Houlend Robinson uşaqlıqdan maliyyədən yaxşı baş çıxarırdı və artıq 13 yaşında mühasib olaraq çalışırdı. 30 ildən sonra isə o, artıq ABŞ-ın ən varlı qadını idi. Və dünyanın ən xəsis insanı adını qazanmışdı.

Bir dəfə necə olmuşdusa, Henriyetta sürüşmək üçün Nedə xizək almışdı. Öz xoşbəxtliyinə inanmayan oğlan dərhal xizəklə sürüşməyə çıxmışdı, lakin təəssüf ki, bu zaman ayağını sındırmışdı. Anası dərhal onu həkimə aparmışdı. Təbii ki, kasıblar üçün olan xəstəxanaya. Orada Getti Grini yaxşı tanıdıqlarından, kömək etməkdən imtina etmişdilər. İşi belə görəndə o, oğlunu özü müalicə etməyə başladı. Və bu heç də yaxşı qurtarmadı: oğlan neçə il ağrıdan əziyyət çəkdi, sonunda isə onun ayağını amputasiya etdilər. Aydın idi ki, Henriyetta heç də yaxşı ana deyildi. Yetkinlik yaşını ötdükdən sonra Ned anasının şirkətində çalışırdı, amma, ona buna görə maaş ödənilmirdi. Əvəzində oğul Grin çox yaxşı sahibkar idi.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Uoll-Stritdən olan cadugər

Sanballı bir sərvətin varisi olan Getti Grin, çox qısa müddətdə onu artıra bilmişdi. O, birjada baş verən hər bir şeylə yaxından maraqlanırdı və həmişə düzgün səhmlərə sərmayə yatırırdı. Qara şlyapa qoyan, qara paltarda gəzən və daim qaşqabaqlı sifətdə olan Henriyetta Grin – Uoll-Stritdən olan cadugər ləqəbini qazanmışdı. Yerli brokerlər bilirdilər: əgər Getti Grin hansısa səhmləri satın alıbsa, ertəsi gün onların qiyməti qalxacaq. Sövdələşmədən əvvəl milyoner qadın şirkətlərin işlərini diqqətlə yoxlayırdı və nəticədə onlar barədə sahiblərinin özlərindən daha çox  bilirdi. Onu da qeyd etmək lazımdır ki, Grin həmdə ucuz qiymətə əmlak alırdı və sonradan həmin əmlakları çox baha qiymətə sata bilirdi. Eləcə də Getti dəmiryolları şirkətlərində paya malik idi.

Maraqlıdır ki, hətta Nyu-Yorkun hakimiyyət dairələri də yardım üçün ona müraciət edirdilər. Getti Grin könülsüz olaraq öz sərvətindən milyon dollar ayırırdı, borcu və faizi almağa isə şəxsən özü gedirdi.

Yaşlaşdıqca Henriyetta Grin özünü daha ehtiyatlı və şübhəli aparırdı. Beynində daim özünə qarşı sui-qəsd fikirləri dolaşırdı. Hətta azsaylı dostlarının yanına belə şəxsi qaz plitəsi ilə gedir və özü ilə bişirmək üçün yumurta aparırdı. Qaynadılmış və duz qatılmayan yumurta onun görüşlər zamanı əsas qidası idi. Qidadan sərt şəkildə imtina edən və həkimlərə müraciət etməyi lazım bilməyən Getti Grin infarkt keçirdi.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun