» » » Tarixin ən acgöz milyarderi – Getti Grinin ibrətamiz taleyi  (1-ci hissə)

Tarixin ən acgöz milyarderi – Getti Grinin ibrətamiz taleyi  (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Tarixin ən acgöz milyarderi – Getti Grinin ibrətamiz taleyi  (1-ci hissə)

Henriyetta Houlend Robinson uşaqlıqdan maliyyədən yaxşı baş çıxarırdı və artıq 13 yaşında mühasib olaraq çalışırdı. 30 ildən sonra isə o, artıq ABŞ-ın ən varlı qadını idi. Və dünyanın ən xəsis insanı adını qazanmışdı.

Ərə getdikdən sonra Grin soyadını daşıyan Gettinin xəsisliyi barədə XX əsrdə əfsanələr dolaşırdı. Hesabında təxminən 100 milyon dollara yaxın vəsaitlər olan Getti yamaqlı geyimlərdə gəzirdi və oğlunu oxunmuş qəzetləri satmağa göndərirdi. 

Henriyetta Houlend 1834-cü ildə Nyu-Bedfordda böyük balina ovu sənayesinə sahib bir ailədə anadan olmuşdu. Bir ağıllı uşaq olaraq Getti ən kiçik yaşlarından atasına kömək etməyə başlamışdı. Atasının gözləri zəif görürüdü və qızı ona birjalardakı vəziyyətlə bağlı xəbərləri oxuyurdu. Onu da qeyd etmək lazımdır ki, Gettinin özü də birja xəbərlərindən yaxşı baş çıxarırdı. Artıq Henriyettanın 13 yaşı olduqda ona ailənin mühasibi vəzifəsi etibar olunmuşdu. Valideynləri Gettini heç vaxt ərköyün böyütməmişdilər, 15 yaşı olduqda isə onu təhsil almaq üçün Bostona yola saldılar.

1865-ci ildə Henriyettanın atası vəfat etdi və o, qızına 7,5 milyon dollar sərvət qoyub getdi. Bir andaca o, hamı tərəfindən arzulanan bir adaxlıya çevrilmişdi. Onun sərvətinə göz dikmiş adaxlıların sayı-hesabı yox idi. Açıq söyləsək, onun elə bir cazibədarlığı da yox idi. Bostonda yaşayan Henriyetta hər yerdə eyni paltar və ayaqqabıda gəzirdi. Onun təşkil etdiyi axşam görüşlərində qonaqlar evi tərk etməmiş, şamları söndürürdülər, səhər tezdən isə həmin şamlar satışa qoyulurdu.

Onu bu əməllərindən hətta gələcək əri – biznesmen və milyonçu belə çəkindirə bilməmişdi. Elə evliliyin ilk bir neçə ayında o, Henriyettanın qəribəliklərinin sadəcə ekstravaqant bir zəngin qadının şıltaqlıqları deyil, ümumbəşəri xəsisliyin təzahürləri olduğunu başa düşmüşdü.

Hər zaman və hər şeydə qənaət

Nikah ərəfəsində Henriyetta Edvardı nikah müqaviləsi bağlamağa məcbur etdi. Müqaviləyə əsasən, ər milyoner arvadının sərvətindən bir sent belə ala bilməzdi. Hətta bir dəfə Edvard Grinin işləri pis getdiyi zaman o, ssuda üçün həyat yoldaşına müraciət etmişdi, amma, arvadı dərhal onu qapı ağzına atmışdı. Xəsis arvadın xarakterindən ən çox ziyan çəkən isə onun uşaqları – oğlu Ned və qızı Silviya idi. Onlar anaları ilə birlikdə ucuz motellərdə yaşayırdılar, çünki Henriyetta Grin ev və ya mənzil almaqdan imtina edirdi.

Henriyetta Grinin uşaqları daim ac idilər və köhnəlmiş libaslar geyinirdilər. Milyoner qadının özü hətta adi alt geyimi almağa belə xəsislik edirdi. Eyni zamanda o, kimyəvi təmizləmə yerlərinə pul verməmək üçün paltarları özü yuyur və ütüləyirdi. Qaynar su baha olduğundan paltarları soyuq su ilə yuyurdu. Henriyetta bütün həyatı boyu mağazalarda hər bir sentin davasını aparırdı. Ətrafdakı mağaza sahibləri onu sadəcə görmək belə istəmirdilər. Oğlunun da onu görməyə gözü yox idi.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun