» » » Hüquqi ünvanın dəyişdirilməsi üçün hansı sənədlər tələb olunur?

Hüquqi ünvanın dəyişdirilməsi üçün hansı sənədlər tələb olunur?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

Hüquqi ünvanın dəyişdirilməsi üçün hansı sənədlər tələb olunur?

Kommersiya və ya publik huquqi şəxsin huquqi ünvanının dəyişdirilməsi üçün tələb olunan sənədlər:

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında ərizə”;

– hüquqi unvan dəyişikliyi və nizamnamənin təsdiq edilməsi ilə bağlı qərar;

– yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik layihəsi;

– idarəciliyində olmayan lakin dövlətin payı olan hüquqi şəxslərə dair muvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy;

– qanunvericilikdə nəzərdə tutulmuş hallarda huquqi şəxsin nizamnaməsinə dair muvafiq rəy (təhsil, bank və s. fəaliyyətlər uzrə);


Orta əmək haqqı əvvəlki iki aydan hesablanarkən nəzərə alınmayan ödənclər hansılardır?

Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri hansı məqsədlərlə istifadə olunur?

İşəgötürən işdən çıxma haqqında ərizə yazan işçini bir aydan çox işdə saxlaya bilər?

Maliyyə xidmətləri dedikdə hansı xidmətlər nəzərdə tutulur?


– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə” və ya “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə” ( təsis sənədləri elektron kabinetə göndərilənlər istisna olmaqla);

– ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən muraciət olunduqda, etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

– SC-nin yığıncağının cağrılması barədə KİV-də verilən elan (QSC istisna olmaqla);

– səhmdarlara umumi yığıncağın çağrılması barədə bildirişin çatdırılmasını təsdiq edən sənəd;

– SC-nin səhmdarlarının ümumi yığıncağının keçirilmə tarixinə yaxın tarixə verilmiş“Qiymətli kağız sahiblərinin reyestrindən cıxarış”ın əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti.

Əsaslandırılma: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 20170400101070300saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə gostərilən xidmətlərin vahid standartları”nın 2.1.1-3-cü bəndi.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun