» » » Maliyyə xidmətləri dedikdə hansı xidmətlər nəzərdə tutulur?

Maliyyə xidmətləri dedikdə hansı xidmətlər nəzərdə tutulur?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

Maliyyə xidmətləri dedikdə hansı xidmətlər nəzərdə tutulur?

maliyyə xidmətləriMaliyyə xidmətləri:

– kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi;

– müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar;

– qanuni tədiyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinasların (numizmatika əşyalarından başqa) tədavülü ilə bağlı əməliyyatlar;

– səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar. İnkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir;


Orta əmək haqqı əvvəlki iki aydan hesablanarkən nəzərə alınmayan ödənclər hansılardır?

Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri hansı məqsədlərlə istifadə olunur?

İşəgötürən işdən çıxma haqqında ərizə yazan işçini bir aydan çox işdə saxlaya bilər?


– törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsionlara və analoji sazişlərə aid əməliyyatlar;

– investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər;

– sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri.

Əsaslandırma: Vergi Məcəlləsinin 13.2.14-cü maddəsi.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun