» » » Orta əmək haqqı əvvəlki iki aydan hesablanarkən nəzərə alınmayan ödənclər hansılardır?

Orta əmək haqqı əvvəlki iki aydan hesablanarkən nəzərə alınmayan ödənclər hansılardır?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

Orta əmək haqqı əvvəlki iki aydan hesablanarkən nəzərə alınmayan ödənclər hansılardır?

orta əmək haqqıOrta əmək haqqı əvvəlki iki aydan hesablanarkən nəzərə alınmayan ödənclər:

– Birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla);

– işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;

– iş vaxtından artıq iş saatlarının ödənilməsi;

– istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödəmələr;

– əmək alətlərinin, vəsaitlərinin və digər əşyaların amortizasiyasına görə pul əvəzi ödəmələr;

– maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər;

– ezamiyyət ilə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr;


Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri hansı məqsədlərlə istifadə olunur?   


– müvəqqəti əvəzetməyə görə ödəmə;

– ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərinin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası;

– işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilaktika qidalarının dəyəri;

– qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər);

– sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;

– başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;

– istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər;

– yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları;

– gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilən müavinətlər;

– mülki hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr.

– istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya;


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun