Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri hansı məqsədlərlə istifadə olunur?
Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri bu məqsədlərlə istifadə edilir:
– Qüvvədə olan normativ hüquqi sənədlərə uyğun olaraq əmək şəraiti və mühafizəsi üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
– qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin əsaslandırılması;
– peşə xəstəliyi şübhəsi altında, peşə xəstəliyinin diapazonunun təyin olunması, eyni zamanda, mübahisələrin məhkəmə yolu ilə həll olunması, xəstəliyin peşə ilə bağlılığı məsələsinin həlli;
– işçilərin sağlamlığını və həyatını bilavasitə təhlükə altına qoyan sexin, sahənin, istehsalat avadanlıqlarının istismarının dayandırılması və texnologiyanın dəyişdirilməsi məsələsinə baxılması;
– işçilərin əmək şəraiti ilə bağlı məsələlərin əmək müqaviləsinə (kontrakta) daxil edilməsi;
– iş yerlərində işçilərin əmək şəraiti ilə tanış edilməsi;
– əməyin mühafizəsi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar olaraq təqsirkar vəzifəli şəxslərə inzibati-iqtisadi sanksiyaların tətbiq edilməsi.
Mənbə: sosial.gov.az