Mürəkkəb faiz – dünyanın səkkizinci möcüzəsi
2-ci hissə
Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.
Tarixdə mürəkkəb faizin daha bir əyləncəli və maraqlı nümunəsi də var. Bu, amerikan universitetlərində iqtisadiyyatdan dərs deyən müəllimlərin nümunə gətirdikləri sevimli bir misaldır. 1626-cı ildə koloniyaçılar Manhetten adasını yerli sakinlərdən 24 dollara satın alırlar. Hindular təbii ki, həmin pulları çox tez xərclədilər və bunu ümumiyyətlə, unutdular. Əgər onlar həmin pulu o vaxt hətta mürəkkəb 10 faizlə yatırsaydılar, bu gün üçün hindular Manhetten adasını hətta bütün infrastrukturu (göydələnlər, yollar, metro, mağazalar və s.) ilə birlikdə geri ala bilərdilər. Hindular indiyə kimi 200 trilyon dollardan çox bir məbləğ toplaya bilərdilər (!)
Bu əhvalat həqiqətən böyük təəssürat yaratdı, lakin, gəlin indiki real həyatımıza qayıdaq. Yığım müddətini 20 il ilə məhdudlaşdıraq. Tutaq ki, siz ayda 1000 dollar qazanırsınız. Əgər qazancınızın 10 faizini (yəni, 100 dollar) hər ay illik 20 faizlə yatırım etsəniz, nə ola bilər?
Müddət Yatırılmışdır Yekun məbləğ
1 il 1200 1380
5 il 6000 9300
10 il 12000 28000
15 il 18000 65000
20 il 24000 142000
Belə çıxır ki, 20 ilərzində hər ay 100 dollar yatırım etməklə siz yekunda 142 000 dollar əldə edirsiniz. Siz öz yığımınızı 118 dəfə (!) artırmış olursunuz.
Və bütün bu vaxt ərzində biz həmin müddətin əvvəlindəki vəsaitin yeganə yatırımı barədə danışdıq. Əgər siz hər ayda həmin məbləğdən əlavə vəsaitlər də yatırsanız, məbləğ daha tez iki dəfə artmış olacaq. Müəyyən bir məbləği müxtəlif dövrlərdə və fərqli gəlirlilik səviyyələrində kapitallaşdırma və doldurulma yolu ilə müxtəlif onlayn kalkulyatorlardan istifadə etməklə nə qədər qazanc əldə edə biləcəyinizi hesablaya bilərsiniz.