» » » Mürəkkəb faiz – dünyanın səkkizinci möcüzəsi (1-ci hissə)

Mürəkkəb faiz – dünyanın səkkizinci möcüzəsi (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mürəkkəb faiz – dünyanın səkkizinci möcüzəsimürəkkəb faiz

1-ci hissə

Siz heç bilirsinizmi ki, zamanında dünyanın ən varlı adamı olan Rotşildlər sülaləsinin banisi mürəkkəb faizi dünyanın səkkizinci möcüzəsi hesab edib? İnanın, o nə söylədiyini çox gözəl bilib. Axı, hazırda Rotşildlər ailəsi 3 trilyon dollarlıq bir sərvətə malikdir. Gəlin, mürəkkəb faizin nə olduğunu və niyə onun pulların artırılmasından ötrü ən faydalı və rahat alətlərdən biri olduğunu araşdıraq.

Mürəkkəb faiz – dünyanın səkkizinci möcüzəsi

Faiz dərəcələri hesablamalarının iki növü vardır – sadə və mürəkkəb.

Sadə faiz (simple interest) yalnız ilkin əmanət əsasında hesablanır. Mexanizmi çox sadədir və belə bir qısa formula I*P*V/100 sığışır ki, burada:

I – yatırılmış vəsaitlərin məbləği

P – gəlirin faizi

V – investisiya dövrü

Mürəkkəb faiz (compound interest) – maliyyə dünyasında daha maraqlı haldır. Bu, mənfəətin əsas məbləğlə cəmləşdiyi faizdir və gələcəkdə artıq özü yeni mənfəət istehsal edir. Daha sadə dildə danışsaq, hesablanmış faizlərin özünə faizlərin hesablanmasıdır. Belə alınır ki, hər bir hesablama dövrü ilə hesablanmış bu faizlər getdikcə artır və artır. Yığımlar qartopu kimi böyüyür.

Gəlin nümunə gətirək

Tutaq ki, 100 000 manatı siz illik 10% (mürəkkəb faiz) dərəcəsi ilə yatırmısınız. Bir ildən sonra sizin 110 000 manatınız olacaq. İki ildən sonra isə 120 000 deyil, 121 000 manatınız (110 000+10%), 3 ildən sonra 133100 manatınız olacaq. 4 ildən sonra isə – 146 410 manat. Və bu cür ardıcıllıq davam edəcək. Düşünürük ki, prinsipi başa düşdünüz.

Əlbəttə, bu cür rəqəmlər bir o qədər də təəssürat yaratmır. Lakin, mürəkkəb faizin sehri investisiyanın uzunmüddətli olmasında özünü göstərir.

Mürəkkəb faizdə 72 qaydası mövcuddur. O, bəyan edir: əgər 72-ni hər mərhələdə bir dəfə faiz hesablanan mürəkkəb faizə bölsək, onda biz ilkin məbləğin iki dəfə artacağına dair illərin sayını əldə edəcəyik. 72\10 = 7,2 il. Yəni, 7 il 2,5 aydan sonra sizin hesabınızda artıq 200 000 manat olacaq. Məbləğ nə qədər böyükdürsə, pullar bir o qədər daha çox artacaq. Hətta aşağı ilkin əmanət olsa belə, bir neçə onillik ərzində çox əhəmiyyətli kapital artırmaq olar.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun