» » » Avropa iqtisadiyyatının sürətli böyüməsinə inanmırlar

Avropa iqtisadiyyatının sürətli böyüməsinə inanmırlar

posted in: Xəbər | 0
birbank biznes

Avropa iqtisadiyyatıAvropa komissiyası (AK) avrozonanın ÜDM-in artımının qiymətləndirilməsini cari il üçün 4,2 faizdən 3,8 faizədək azaldıb. Bu barədə Avropa komissiyasının hesabatında deyilir.

Avropa komissiyası iqtisadiyyatın sürətli artımına inanmaqdan imtina edib, çünki pandemiya regiona təsirini artırıb. 2021-ci ildə ÜDM 3,8 faiz (ötən proqnoza görə 3 faiz) artacaq, Avropa komissiyası belə hesab edir. Avrozonada inflyasiyanın 2021-ci ildə 1,4 faizə kimi sürətlənəcəyi gözlənilir (2020-ci ildə 0,3 faiz), 2021-ci ildə isə inflyasiya 1,3 faizə kimi yavaşlayacaq. Avrozonanın iqtisadiyyatı ötən il 6,8 faiz çöküb.

Avropa komissiyası 2021-ci ildə dünya iqtisadiyyatında yüksəliş proqnozunu 4,7 faizdən 5,2 faizə kimi yüksəldib. Avropa komissiyası Brent markalı neftin orta illik qiymətinin dəyərləndirilməsini də artırıb. Qiymət, 2021-ci ildə bir barel üçün 54,7 dollar və 2022-ci ildə bir barel üçün 52,4 dollar səviyyəsində proqnozlaşdırılır. Bundan əvvəl isə AK cari il üçün 44,6 dollar və 2022-ci ildə 46,4 dollar qiymətini gözləyirdi.

Avropada peyvəndləmənin çox yavaş templəri itkilərlə nəticələnə biləcəyinə gətirib çıxara bilər və hətta iqtisadiyyatda uğursuzluğa da səbəb ola bilər. Belə bir qənaətə bundan əvvəl Euler Hermes beynəlxalq sığorta şirkətinin ekspertləri gəlmişdilər. Bu sahədə gecikmə yalnız 2021-ci ildə 90 milyard avro əlavə xərclərə səbəb ola bilər. Bu, ÜDM-in artımında iki faizlik bəndin itirilməsi ilə müqayisə edilə bilər. Vaksin alınması dəyəri bu rəqəmdən dörd dəfə aşağıdır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun