“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin 77-1 -ci bəndinin “Elektron qaimə fakturalar” maddəsinə müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. E-qaimə
Bununla bağlı aşağıdakı dəyişikliklər edilmişdir. İnternet Vergi İdarəsinin aşağıdakı şəkildə göstərilən “ASAN İMZA” və ya “eİMZA” bölmələrinin biri vasitəsilə “E-qaimə” altsisteminə daxil olaraq elektron qaiməni hazırlayıb imzalayaraq göndərmək mümkündür.
“E-qaimə” bölməsinə daxil olduqdan sonra “Yeni qaimə” menusundan hazırlanacaq “Elektron qaimə”nin növü seçilir. “Yeni qaimə” menusunda “Elektron qaimə”nin aşağıdakı növləri mövcuddur.
– Malların,işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi;
– Malların qaytarılması qaiməsi;
– Qaytarma istisna olmaqla VM-nin 163-cü maddəsinə əsasən dəqiqləşdirilmiş qaimə;
– Malların agentə/komisyonçuya verilməsi qaiməsi;
– Agent/Komisyonçu tərəfindən malların alıcıya təqdim edilməsi qaiməsi;
– VM-in 177.5-ci maddəsinə əsasən təqdim edilən qaimə;
– Malların emala göndərilməsi qaiməsi;
– Malların emaldan qaytarılması qaiməsi.