» » » Xaricdən alınan xidmətdən imtina olunduqda bank tərəfindən ödəmə mənbəyində tutulmuş ƏDV məbləği geri qaytarılmalıdır?

Xaricdən alınan xidmətdən imtina olunduqda bank tərəfindən ödəmə mənbəyində tutulmuş ƏDV məbləği geri qaytarılmalıdır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

ƏDV məbləği EDVSual: Əgər xaricdən-internet üzərindən xidmət alıramsa, bu da ƏDV-yə cəlb olunursa, sonradan həmin xidmətdən imtina olunursa və ödənilmiş məbləğ tamamilə geri qaytarılırsa, məndən əvvəldə tutulan ƏDV-də geri qayıdır? EDV ƏDV məbləği

Cavab: Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən Əlavə Dəyər Vergisinin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə Əlavə Dəyər Vergisi hesablanmalı və ödənilməlidir.

Qeyd olunanlara əsasən qeyri-rezidentdən elektron ticarət qaydasında iş və xidmətdən imtina olunduğu və qeyri-rezidentə ödənilmiş məbləğ tamamilə geri qaytarıldığı halda həmin əməliyyata görə bank tərəfindən ödəmə mənbəyində tutulmuş Əlavə Dəyər Vergisi məbləği geri qaytarılır. Əlavə Dəyər Vergisi məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV məbləği EDV