» » » E-qaimə altsisteminin istifadəçi təlimatı hazırlandı

E-qaimə altsisteminin istifadəçi təlimatı hazırlandı

posted in: Xəbər | 0
birbank biznes

istifadəçi təlimatı E-qaimə“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin 77-1 -ci bəndinin “Elektron qaimə fakturalar” maddəsinə müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. E-qaimə

Bununla bağlı aşağıdakı dəyişikliklər edilmişdir. İnternet Vergi İdarəsinin aşağıdakı şəkildə göstərilən “ASAN İMZA” və ya “eİMZA” bölmələrinin biri vasitəsilə “E-qaimə” altsisteminə daxil olaraq elektron qaiməni hazırlayıb imzalayaraq göndərmək mümkündür.

“E-qaimə” bölməsinə daxil olduqdan sonra “Yeni qaimə” menusundan hazırlanacaq “Elektron qaimə”nin növü seçilir. “Yeni qaimə” menusunda “Elektron qaimə”nin aşağıdakı növləri mövcuddur.

– Malların,işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi;

– Malların qaytarılması qaiməsi;

– Qaytarma istisna olmaqla VM-nin 163-cü maddəsinə əsasən dəqiqləşdirilmiş qaimə;

– Malların agentə/komisyonçuya verilməsi qaiməsi;

– Agent/Komisyonçu tərəfindən malların alıcıya təqdim edilməsi qaiməsi;

– VM-in 177.5-ci maddəsinə əsasən təqdim edilən qaimə;

– Malların emala göndərilməsi qaiməsi;

– Malların emaldan qaytarılması qaiməsi.

Faylı yükləyin:  E-qaimə altsisteminin istifadəçi təlimatı (3914 downloads )


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
E-qaimə İstifadəçi təlimatı