Oxunma sayı: 2,288
Auditorlar palatası daxili audit kursları keçirir
Azərbaycan Respublikasının Auditorlar Palatası “Təşkilatlarda Daxili nəzarətin qurulması və struktur vahidləri (idarə və şöbə) üzrə auditin təşkili” proqramı əsasında daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kurslarını davam etdirir.
Növbəti kurslar 2019-cu ilin 24 iyun tarixindən 11 iyul tarixinədək həftə ərzində 2 gün (2-ci və 4-cü günlər) 12 dərs olmaqla saat 18:30 – 20:30-da keçiriləcəkdir.
Proqram üzrə kursun müddəti 24 saatdır Hazırlıq kursları “Xalq Sığorta” ASC-nin Daxili Audit rəhbəri Rzayev Camal Ehtibar oğlu tərəfindən tədris ediləcəkdir.
Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir. Kurslarımızda məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər. Kursda iştirak ödənişlidir – 1 nəfər üçün 505 AZN təşkil edir. Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
– Kurslarda iştirak etmək üçün müəyyən olunmuş ərizə-anket forması;
– Şəxsiyyət vəsiqəsinin surəti.
Əlaqələndirici şəxs: Kadr hazırlığı şöbəsinin müdir müavini Aytən Seyidəliyeva training@audit.gov.az, ayten.mirzeyeva@gmail.com.
Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 564-80-62; 055 866 44 29
Mənbə: audit.gov.az