» » » Auditorlar palatası daxili audit kursları keçirir

Auditorlar palatası daxili audit kursları keçirir

posted in: Audit, kurs, Xəbər | 0
birbank biznes

Auditorlar palatası daxili audit kursları keçirir

Azərbaycan Respublikasının Auditorlar Palatası “Təşkilatlarda Daxili nəzarətin qurulması və struktur vahidləri (idarə və şöbə) üzrə auditin təşkili” proqramı əsasında daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kurslarını davam etdirir.
Növbəti kurslar 2019-cu ilin 24 iyun tarixindən 11 iyul tarixinədək həftə ərzində 2 gün (2-ci və 4-cü günlər) 12 dərs olmaqla saat 18:30 – 20:30-da keçiriləcəkdir.
Proqram üzrə kursun müddəti 24 saatdır  Hazırlıq kursları “Xalq Sığorta” ASC-nin Daxili Audit rəhbəri Rzayev Camal Ehtibar oğlu tərəfindən tədris ediləcəkdir.
Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir. Kurslarımızda məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər. Kursda iştirak  ödənişlidir – 1 nəfər üçün 505 AZN təşkil edir. Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
– Kurslarda iştirak etmək üçün müəyyən olunmuş ərizə-anket forması;
– Şəxsiyyət vəsiqəsinin surəti.
Əlaqələndirici şəxs: Kadr hazırlığı şöbəsinin müdir müavini  Aytən Seyidəliyeva   training@audit.gov.azayten.mirzeyeva@gmail.com.
Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 564-80-62; 055 866 44 29
Mənbə: audit.gov.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.