Əmək məzuniyyəti barədə daha az bildiklərimiz
Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan hansı işçilərə 46 təqvim günü məzuniyyət hüququ verilir?
- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan
- Azərbaycanın Milli Qəhrəmanlarına,
- Azərbaycanın Sovet İttifaqı Qəhrəmanlarına,
- 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara,
- İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə
Göründüyü kimi bu hüquq yalnız müəyyən kateqoriya işçilərə verilir ki, bu kateqoriyaya aid edilməyən işçilərə verilən əmək məzuniyyəti üçün müddət adi qaydada hesablanır.
Televiziya və radionun bədii heyətlərinə verilən əmək məzuniyyəti 42 təqvim müddətindən az ola bilməz. Onu da qeyd edək ki, bu müddət həmçinin aktyor heyətlərinə də aid edilir.
2 aylığadək yaşında uşağı övladlığa götürən qadınların sosial və əlavə əmək məzuniyyətləri hansılardır?
Qanunvericilik humanizm prinsipindən çıxış edərək bildiririk ki, əgər qadınlar 2 aylığadək yaşında uşağı övladlığa götürürlərsə, onlara 56 gün sosial məzuniyyət götürmək hüququ verilir. Həmçinin qadınların bu övladlığa götürülən uşaqla birgə 14 yaşına çatmayan 2 uşağı olarsa, 2 gün, üç və daha çox uşağı olarsa, 5 gün əlavə məzuniyyət hüququ verilir. Xatırladaq ki, həmin kateqoriyaya daxil olan, yəni 2 aylığadək yaşında uşağı övladlığa götürən qadınların uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən də istifadə etmək hüququ vardır.
Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas