» » » Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (6-cı hissə)

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (6-cı hissə)

posted in: Xəbər | 0
birbank biznes

     Əmək məzuniyyəti barədə daha az bildiklərimiz 

əmək məzuniyyəti

Donorlara verilən əlavə məzuniyyət günü

Hər dəfə əvəzsiz olaraq qan və ya qan komponentlərini verən işçilərə donor olduqları gün onların orta əmək haqqı saxlanılmaqla ona əlavə istirahət günü verilməlidir. Bu istirahət günü donorun arzusuyla ya illik məzuniyyət müddətinə əlavə edilə ya da istənilən vaxt istirahət günü kimi nəzərdə tutula bilər.

Əmək məzuniyyəti müddətinin hesablanması

Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanmaqdadır. Bu təqvim günü yalnız bayram gününə düşdükdə həmin bayram gününə düşən məzuniyyət müddəti bayram müddəti çərçivəsində uzadılır. Daha dəqiq desək, şəxsin əmək məzuniyyəti Ümumxalq Hüzn Gününə düşdükdə bu müddət uzadılmayacaqdır.

Yoldaşı hamilə olan yeni işə başlayan işçi məzuniyyətdən istifadə edə bilər mi?

Cavab çox vaxt olduğu kimi yenə də müsbətdir. Deməli işçinin işləmə müddətindən asılı olmayaraq işçinin arzusuyla yoldaşının hamilə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə işçiyə məzuniyyət  verilir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Yazının 5-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun