» » » Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (5-ci hissə)

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (5-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz 

hesablaşmalar

Yeni ana olan işçilərlə bağlı xüsusi güzəşt

Əmək Məcəlləsi tərəfindən tənzimlənmiş məsələlərdən biri də ondan ibarətdir ki, 3 yaşınadək uşağı olan şəxsin sosial məzuniyyət müddətində və uşağın 3 yaşı bitdikdən sonra işə başladıqda, lakin 1 ildən az işlədiyi halda həmin işçi (uşağını təkbaşına böyüdən kişilər də) attestasiya oluna bilməz.

Məzuniyyət dövrü əmək müqaviləsinin müddətinin bitdiyi vaxta təsadüf edərsə olacaqlar

Bu halda məzuniyyət bitdikdən sonrakı gündən 1 həftə ərzində ya işçiyə bildiriş verilməklə müqaviləyə müddətin bitməsi səbəbindən xitam veriləcək, ya da müqavilə növbəti müddət üçün uzadılmış sayılacaq.

Kimlərə əmək stajına görə əlavə məzuniyyət hüququ verilmir?

Bu suala cavab vermək üçün bildiririk ki, pedaqoji və elmi fəaliyyətlə məşğul olan, yaşı 18-dən az olan, əlilliyi və sağlamlıq imkanı məhdudluğu olan, o cümlədən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə əmək stajına görə əlavə məzuniyyət hüququ verilmir.


Məqalənin 4-cü hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun