» » » Tarixi faktlar və mühasibin psixoloji portreti

Tarixi faktlar və mühasibin psixoloji portreti

posted in: Xəbər | 0
birbank biznes

tarixi faktlar mühasibib psixoloji portretiSiz bilirdinizmi ki? Tarixi faktlar və mühasibin psixoloji portreti

Qədim Misirdə uçot elminə tanrıların sirri kimi yanaşılırdı!

Qədim Misirin mühasibat uçotunun tarixi tamamilə bənzərsiz bir təcrübəni mühafizə edib saxlayır.

Qədim Misir mirzələrini tanrı Tot – təhsil və məktublar Allahı himayə edirdi. Onu ilk növbədə, insanlara yazını bəxş etmiş müdrik tanrı kimi təsvir edirdilər. Onlardan ötrü o, mövcud olmayanı yoxdan var etmiş, tanrı kitabını yazan biri idi.

Ola bilsin ki, təsərrüfat həyatı faktlarının sənədləşdirilməsinin əsas prinsipi elə həmin qədim dövrlərdə yaranıb:  “mühasibatlıq kitablarında yazılanlar elə mövcud olanlardır” və gələcəkdə mühasibat uçotu psixologiyasını müəyyənləşdirmişdir.

Hesabdarlıq işçiləri Qədim Misirdə yüksək mövqe sahibi idilər. Uçot tanrıların sirri adlandırılırdı, hər şey də ona həsr edilirdi. Bu, mühüm əhəmiyyət daşıyan dövlət işi ilə mirzələr məşğul olurdu.

Belə ki, Qədim Misirdə fironun sarayında “baş mühasib” Neferxotep idi. Mühasibatlıq yolunda o, olduqca böyük şöhrətə çatmışdı. Ondan yuxarıda yalnız gizli məsləhətçilər və kahinlər dayanırdı.

Neferxotep kimilər barədə belə yazırdılar: “Yüksək və dəqiq ağlı ilə , səbirli ürəyi ilə saleh əməllərə sevinər, o, ədalətsizliyə arxasını çevirərdi”, “təmiz əlləri olan mükəmməl mirzə, şəri qovan iman sahibi idi, həqiqət mirzəsi idi, hansı ki, ondan ötrü qeyri-həqiqət alçaqlıq idi, onu uça Qüdrətin yazı əsası mühafizə edirdi”.

Bu, bəlkə də ilk peşəkar mühasibat etikasıdır.

Ona görə də təəccüblü deyil ki, mühasib peşəsinə məsuliyyətli və ləyaqətli insanları seçirlər.

Mühasibin psixoloji aspektlərinə həmçinin düzgünlüyü, səliqəliliyi, diqqətliliyi “rəqəmlər hissiyyatını”, sirrləri mühafizə etmək bacarığı və diplomatiya qabiliyyətini də aid etmək olar.

İstənilən dövrdə peşəkar risklər bu peşənin ayrılmaz hissəsi idi və cəsarət və dözümlülük kimi keyfiyyətlər tələb edirdi.

Razılaşın, axı, bir çox hallarda müəssisənin maliyyə tərəqqisi mühasibin düzgün hərəkətlərindən asılıdır. Mühasibin üzərinə qoyulan nəhəng mənəvi və maddi məsuliyyət, bu işin həm birbaşa rəhbərlər, həm podratçılar, həm də tənzimləyici orqanların nümayəndələri ilə əlaqə qurarkən, mühasib tərəfindən aldığı daimi stresslərlə əlaqəli olması ilə izah olunur.

Mühasibat uçotunu anlamaq üçün psixoloji aspekt çox vacibdir. Psixologiyaya müraciət etmədən, mühasiblərin mürəkkəb və çətin mühasibat mexanizmini hərəkətə gətirən fikir və davranışlarını anlamaq çox vaxt mümkün deyil.

Bütün hallarda bu məqalədə göstərilən tarixi məlumatlara baxmayaraq, real vaxtda mühasibin psixoloji portretinin özəlliyi –  bu, proqressivlik və yenilikçilikdir, zira, bu peşəyə xas olan dəyişikliklər biliklərin zirvəsində olmağa məcbur edir!

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun