» » » Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt (3-cü hissə)

Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

yapiniyanın iqtisadiyyatı7. Dünyada ən yüksək uzunömürlülük – bu, insanlar üçün yaxşı, iqtisadiyyat üçün isə pisdir

Lakin, Yaponiyanın özü üçün bu bir problemdir, çünki ölkədə pensiyaçıların sayı çoxdur, doğum səviyyəsi isə çox aşağıdır. Əgər 1960-cı illərdə hər bir ailəyə orta hesabla 2 uşaq düşürdüsə, hazırda bu 1,3 uşaq səviyyəsindədir.

1995-ci ildə Yaponiyada yaşı 15-dən 64-ə kimi olan adamların sayı 87,3 milyon nəfər təşkil edirdi, 2015-ci ildə onların sayı 78,9 milyon nəfərə kimi azalıb. Yaşı 65 yuxarı olanların sayı isə 18,3 milyon nəfərdən, 31 milyon nəfərə yüksəlib.

Əmək qabiliyyətli əhali nə üçün bu qədər vacibdir və onun azalması iqtisadiyyat üçün niyə pisdir? Çünki bu, əlavə dəyər yaradır. Daha çox pensiyaçı və daha az gənc, daha az əlavə dəyər deməkdir.

Qalan əmək qabiliyyətli yaponların isə yükü artır, çünki onlar qocaları pensiya ilə təmin etməli və dövlət isə sosial sahəyə getdikcə daha çox pul ayırmalı olur.

8. Balıq ovu üzrə dünyada beşinci yer – və ÜDM-də kənd təsərrüfatının cəmi 1 faiz payı

Post-sənaye iqtisadiyyatı üçün tipik vəziyyətdir. Və halbuki, kənd təsərrüfatı üçün ayrılmış torpaqlar ölkə ərazisinin, təxminən, 13% -ni əhatə edir. Bu torpaqların yarıdan çoxu düyü istehsalı üçün istifadə olunur.

9. Yaponiya elmə və tədqiqatlara ÜDM-nin 3,6 faizini sərf edir

Bu, İƏİT-nin 2014-cü il məlumatındandır. Amma, digər ölkələrlə rəqabət daha da çətinləşir, çünki getdikcə daha çox dövlətlər müasir texnologiyalara çıxış əldə edirlər. Hazırda Yaponiya yüksək texnologiyalar sahələrində Qərblə rəqabət aparır və sənayedə isə tədricən daha az əlavə dəyərə malik olan Tayvan və Koreya ona çatmaqdadır.

10. Ona görə də yapon brendləri – dünyada ən bahalı və ən məşhur markalardan biridir

Elə götürək, Toyota şirkətini – sözügedən şirkət Fortune Global 500 siyahısında 9-cu yerdədir və dünyanın ən nəhəng avtomobil istehsal edən ictimai şirkətidir. Halbuki vaxtilə həmin şirkət toxuculuq sənayesindən ötrü avtomatik toxuculuq dəzgahlarının istehsalı ilə fəaliyyətə başlamışdı.

Yapon texnologiyası və optikası da dünya miqyasında şöhrət qazanıb: Nikon, Sony, Panasonic, Nintendo.

11. 40 faiz avtomobil ixracı

1980-ci illərdən bəri Yaponiya ardıcıl olaraq dünyanın ən yaxşı 10 avtomobil istehsalçısı arasında yer alır. Ötən il öz yerini yalnız Çinə güzəştə gedərək, ikinci yeri tutub.


Məqalənin 2-ci hissəsini keçidə daxil olmaqla oxuya bilərsiniz


12. Ölkədə resurslar azdır, buna görə onlardan qənaətlə istifadə edirlər

Əhali və sənaye istehsalı həcmlərinin artmasına baxmayaraq, yaponlar təbii resursların istehlakının məqbul səviyyəsini qoruyub saxlaya biliblər. Enerji resurslarının istehlakı, ümumiyyətlə, Qərbi Avropada olduğu kimi, bir nəfər üçün 4200 kq yanacaq təşkil edir. Onları əsasən ABŞ, Çin və Avstraliyadan idxal edirlər.

13. İqtisadi siyasət dünyaya keyfiyyətli və mürəkkəb məhsullar satmağı hədəflənib

Yaponlar dünya ərzaq məhsulları bazarını fəth etməyi planlaşdırırlar, özü də onlar bahalı seqmentə hədəfləniblər: vaqasi şirniyyatı, yaqut üzümü, mavi tuna filesi. Onlar rəqabət apara bilirlər – aşağı kalorili yapon mətbəxinin sağlamlıq faydaları çoxdan sübut olunub.

Sənaye ixracında da yaponlar kəmiyyətdən çox keyfiyyətə diqqət yetirməyi planlaşdırırlar. Əsas məhsul – mürəkkəb və bahalı mallardır: optika, robotlar, elektron məhsullar. İndi kütləvi və ucuz malların istehsalı Çin filiallarına və Cənub-Şərqi Asiyanın digər ölkələrinə verilir, lakin Yaponiya ənənəvi olaraq texniki cəhətdən mürəkkəb montaj və istehsal işlərini özü həyata keçirir.

Yaponiya iqtisadiyyatının necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, çünki ona mədəni xüsusiyyətlər də təsir edir. Çox güman ki, ölkə 80-ci illərin göstəricilərinə qayıda bilməyəcək, lakin yaxın onilliklərdə Yaponiya mütləq şəkildə ən inkişaf etmiş iqtisadiyyatlar və həyat səviyyəsi yüksək olan ölkələr siyahısında qalacaq. Yaponiya yüksək texnologiyalı mallar istehsal edir və buna görə də istehsal etdiyi mallar bahalıdır. PwC-yə görə, bu, onun ilk beş qlobal lider sırasında yer almasını mütləq şəkildə təmin etməyəcək, amma, 2050-ci ilə qədər Yaponiyanın dünyanın səkkizinci ən böyük iqtisadiyyatı olacağı təxmin edilir. Səkkizinci və yaxud iyirminci yer olsun, bu, yenə də əla nəticədir.