» » » Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt (2-ci hissə)

Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

yaponiya , dövlət borcu5. Qərb Yaponiya hakimiyyətini sərfəli olmayan tədbirlərə razı saldı, bundan sonra iqtisadiyyat üçün itirilmiş onillik başladı

Yaponiya iqtisadiyyatı 1960-90-cı illərdə ildə ortalama 6 faiz artırdı. Lakin, ölkə Britaniya, Fransa, ABŞ və Almaniyanın yapon iyenasının dollara nisbətdə məzənnəsini yüksəltməyə razılaşdı –  bu razılaşma “Plaza” sazişi kimi tanınır. Həmin saziş 1985-ci ildə imzalanmışdı. Nəticədə ixrac bahalaşmağa başladı, ticarət balansı isə pisləşdi. Problemlərin öhdəsindən gəlmək üçün hökumət investisiya, kreditləşməni genişləndirmək və faiz dərəcələrini 1985-ci ildəki 5%-dən 1989-cu ildə 2,25%-ə endirmək qərarına gəldi. Kredit inyeksiyaları aktivlər və daşınmaz əmlak bazarlarında spekulyasiyaya gətirib çıxardı və artıq 1990-cı ildə birja səhmləri 66 qiymət/mənfəət nisbəti ilə satılırdı – baxmayaraq ki, 10-20 normal səviyyə hesab olunurdu.

1990-cı ildə Yaponiya aktivlərinin satışına başlandı. Səhmlər kreditlər üzrə girov olduğu üçün banklar kreditləşdirməni dayandırdılar. Mallara və daşınmaz əmlaka tələbat azaldı, bir çox şirkətlər istehsalı azaltmağa və ya özlərini müflis elan etməyə məcbur oldular. 1990-cı illərdə ÜDM-in artım tempi 1,1%-ə düşdü.

Zəifləmiş banklar bir çox hallarda durğunluq müddətinin uzanmasına gətirib çıxardı – aktivlər ucuzlaşdı, öhdəlikləri isə yerinə yetirmək lazım idi. Hökumət bank sistemini təmizləməyə cəsarət etmədi, amma, banklara müxtəlif yollarla dəstək verildi.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


1991-ci ildə iqtisadiyyatın çöküşündən sonra Yaponiya iqtisadiyyatının artımı ABŞ-dan iki dəfə az idi: ABŞ-ın 2,5% illik artımına qarşı ildə ÜDM-in orta hesabla 0,9% təşkil edirdi. 1990-cı illəri Yaponiyada itirilmiş onillik adlandırılar.

6. Yaponiyanın dövlət borcu – dünyada ən böyük borclardan biridir və yaponlar bu pulu özləri-özlərinə borcludurlar.

Ölkənin digər problemi isə daim artan və iqtisadiyyatın inkişafına mane olan dövlət borcudur. Hazırda Yaponiyanın dövlət borcu ÜDM-dən 3,4 dəfə çoxdur. Bu iyirmi il ərzində büdcə kəsirinin dövlət istiqrazları hesabına maliyyələşdirilməsi səbəbindən baş vermişdi.

Ancaq, istiqrazların əksəriyyəti yaponların özlərinə məxsusdur, ona görə də  belə demək mümkünsə, yaponların özləri özlərinə borcludurlar: yəni, yaşlı nəsil gənc nəsildən borc götürüb.

Buna baxmayaraq, dövlət, şəxsi ev təsərrüfatları və yapon biznesi bütün dünyada böyük kreditorlar kimi çıxış edirlər. Yaponiyanın digər ölkələr qarşısında öhdəlikləri 3,9 trilyon dollardır, lakin xarici aktivlərin həcmi bundan qat-qat çoxdur – 6,6 trilyon dollar. Həm də həmişə vergiləri artırmaq imkanı vardır, çünki Yaponiyada onlar iqtisadi əməkdaşlıq və inkişaf təşkilatında (İƏİT) ən aşağı səviyyədədir. 2014-cü ildə hökumət elə belə də etdi: istehlak üçün olan vergini 5 faizdən, 8 faizə qaldırdı.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun