» » » Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt (1-ci hissə)

Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

yaponiyaQərbin sayəsində böhrana düşmüş və indi böhrandan çıxan Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt

Yaponiya iqtisadiyyatının yüksəlişi 30 il əvvəl baş verib: qlobal indeksdə Yaponiya şirkətlərinin səhmlərinin payı 44% təşkil edib. Dünyanın ilk on ən böyük bankından yeddisi yapon bankı, dünya üzrə 271 milyarderdən 40-ı yaponlar idi. Sonradan ölkə elə öz təcrübəsindən öyrəndi ki, sürətli inkişaf, aqressiv ixrac və həddindən artıq istehsal iqtisadiyyata dağıdıcı təsir göstərə bilər.

1. Hazırda yapon iqtisadiyyatı dünyada dördüncü yerdədir

Yaponiya dünyanın iyirmi ən böyük iqtisadiyyatı olan Böyük İyirmiliyə – G20 qrupuna daxildir. ÜDM-in həcminə görə ölkə dünyada dördüncü və Asiya ölkələri sırasında isə ikinci yerdədir. Bu, ciddi göstəricidir, lakin, əvvəllər həmin göstərici bundan da yaxşı olub.

2. Keçmişdə Yaponiya dünyanın ikinci iqtisadiyyatı olub və qonşuları üçün bir nümunə təşkil edib

1968-ci ildə ölkə dünya ÜDM reytinqində ikinci yeri tuturdu və Şərqi Asiya regionunun dövlətləri öz inkişaflarında yapon təcrübəsinə arxalanırdılar: Koreya yapon dzaybatsu-şirkətlərinin (dzaybatsu – yaponca mülkiyyət deməkdir – yapon terminidir, mahiyyət etibarilə “pul klanı” və ya konqlomerat mənasını verir) strukturunu kopyalamışdı, Tayvan isə Yaponiyanın həyata keçirdiyi aqrar islahatları uğurla təkrarlamışdı. 1980-ci illərin əvvəlində Yaponiya texnologiyalar yarışında hətta ABŞ-ı ötüb keçmişdi.

3. 55 il ərzində adambaşına ÜDM 60 dəfə artmışdı

Daha dəqiq söyləsək, Dünya bankının dəyərləndirməsinə görə, bu göstərici 610 dollardan 36 680 dollara yüksəlmişdi. Ölkə əhalisi isə sözügedən dövrdə cəmi 40 faiz artmışdı. Baxmayaraq ki, son on beş ildə yapon ÜDM məşğul olan hər nəfər hesabı ilə ABŞ-la müqayisə oluna biləcək dərəcədə artmışdı, bu qeyri-mütənasiblik yapon iqtisadiyyatında durğunluğa səbəb olmuşdu.

4. İxracın sürətli yüksəlişi Qərbi narahat etdi

Son 55 il ərzində Yaponiyanın ixracatı 155 dəfə artmışdı, 1960-80-ci illərdə bu artım ildə orta hesabla 17 faiz təşkil edirdi. 20 əsrin ortalarında yapon ixracının əsas üstünlüyü onun aşağı qiymətlərində idi, buna görə də bütün dünyada yapon gəmilərindən, dəqiq optikadan, elektronika məhsullarından, televizorlar və fotoaparatlarından istifadə edirdilər. Otuz ildən sonra çinlilər ucuz işçi qüvvəsindən yararlanaraq eyni inkişaf yolunu seçəcəkdilər.

Yaponiyanın inanılmaz yüksəlişi Qərbi narahat etməyə başladı – belə ki, yapon malları digər ölkələrdə iş yerlərinin azalmasına gətirib gətirib çıxarırdı və digər ölkələrdə istehsal olunan məhsulların rəqabətə davamlılığını azaldırdı.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun