» » » Vergiləri ödəmək nə üçün zəruridir? (1-ci hissə)

Vergiləri ödəmək nə üçün zəruridir? (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

gəlir vergisiVergilər nə deməkdir?

Bu, cəmiyyətin tələbatını ödəmək üçün dövlətin öz vətəndaşlarından aldığı vəsaitlərdir.

Bunlar hansı tələbatlardır?

Birinci və ən başlıca tələbat – Təhlükəsizlikdir.

Alimlər insanların niyə bir dövlətdə birləşmələri üzərində çox düşünüblər və belə nəticəyə gəliblər ki, bu yolla onlar təbiətin kataklizmlərindən və düşmənlərin hücumlarından qorunmağa çalışıblar. İbtidai cəmiyyətdə bu cür dövlətlər miniatür şəkildə hər bir mağarada ortaya çıxırdı.

Lakin, bəzi mağaralardakı dövlətlər digərlərindən daha güclü olurdu. Niyə? Çünki gücə görə ödəniş etmək lazım olduğunu onlar çox vaxtında anlamışdılar. Başa düşmüşdülər ki, döyüşçü-kişiləri gündəlik işlərdən azad etmək lazımdır, amma, onlara həm də o zamanlar üçün əlçatan olan ən yaxşı qidanın – ətin ən yağlı tikələrini vermək lazımdır. Və insanlar öz təhlükəsizliklərini təmin etmək üçün ən dadlı olanı onlara verirdilər. Bunu heç də hamı anlamırdı. Beləliklə, bunu anlamayanlar qullara çevrilirdilər, onlar daha güclü qonşu-qəbilələr tərəfindən işğala məruz qalırdılar.

Tarixçilər deyirlər ki, ən mükəmməl vergi sistemi qədim Romada olub. Bu dövlətin dünyanın ən qüdrətli dövlətinə çevrilməsi, heç də təəccüblü gəlməməlidir. Romalıları hansısa şəkildə önləyə biləcək heç bir düşməni yox idi. Onların ordusu məğlubedilməz idi. Romanın ən yaxşı ordunu saxlamağa imkanı var idi, çünki o dövrdə ən yaxşı vergi sisteminə malik idi. Axı, o dövrün bir çox dövlətlərindən fərqli olaraq Romada vergini hamı ödəyirdi. Orada öz həqiqətləri və yalanları ilə vergiləri ödəməmək hüququnu əldə edənlər meydana çıxan kimi, dövlət zəifləməyə başladı. Sonralar isə Roma tam şəkildə süquta uğramışdı.

Cəmiyyətin daha hansı tələbatları var? Əgər bir mağarada yaşayan ibtidai icma insanlarının hamısı ova getsəydilər nə baş verərdi?


Sosial sahə və təhsil

Mağarada od sönmüşdü. O zamanlar adamlar od əldə etməyi hələ bilmirdilər. Müxtəlif yerlərdə baş verən meşə yanğınlarından sonra hələ də yanar közləri mağaraya gətirir və bununla da yandırılan tonqalları illərlə sönməyə qoymurdular. Çində arxeoloqlar qədim qəbilələrdən birinin yaşayış məskənini aşkara çıxarıblar, oradakı tonqal 700 il ərzində yanar vəziyyətdə olub.

Odun sönməməsi üçün nə etmək lazım idi? Bundan ötrü kimsə tonqala daim odunlar atmalı idi. Bu odunları meşədən gətirmək lazım idi. Bunu kim edirdi? Bunu xüsusi adamlar yerinə yetirirdilər, qəbilə isə onlara bu işinə görə yeməklə “ödəniş” edirdi. Yəqin, onlar ilk dövlət qulluqçuları idilər. Onlar bütün icma üçün çalışırdılar.

Axı, bu neandertalın od məsələsi ilə məşğul olacağını, digərinin ova gedəcəyini, başqa birisinin isə bütün qəbilə üçün su daşıyacağı ilə bağlı qərar da kim tərəfindən isə verilməli idi. Bu qərarı qəbilə başçıları verirdilər ki, onlar da qəbilə üzvləri arasında ən ağıllı və döyüşkən insanlar idi. Onlar öz qədim dövlətlərinin rəhbərlərinə çevrilirdilər, onların inkişafını istiqamətləndirirdilər. Onların əməyini də bütün qəbilə ödəyirdi. Yeri gəlmişkən, məhz, o cür insanların iradəsi sayəsində adamlar tədricən mağaralardan çıxmış və özlərinə müasir sivilazasiya qurmağı bacarmışdılar.

Həmçinin “ibtidai icma” müəllimlərinin əməyi də bütün icma tərəfindən ödənilirdi. Kimsə gənclərə daş baltanı necə düzəltmək, başqa birisi heyvan dərisindən isti geyim tikməyi öyrədir, kimsə gənc ovçular və döyüşçülərə məşqlər keçirdi. İbtidai insanlar müəllimliklə məşğu olduqda, ova getmirdilər. Əgər kimsə başqaları kimi ov edərək, yemək əldə edərdisə, belədə icma onların da əməyinin qarşılığını ödəyirdi. Əgər həmin müəllimlər olmasaydı, istənilən bir nəsil hər şeyi yenidən başlamalı olacaqdı. Müəllimlərsiz adamlar yığıcılıqla məşğul olar və hələ də mağaralarda yaşayardılar.

Tibb

Otlarla müalicə edən qədim həkimin işi, müasir həkimlərin işindən daha çətin idi. İndi xəstəni reseptlə birlikdə aptekə göndərmək olur, o zamanlarda isə mağara adamları üçün apteklər yox idi. Qədim həkimlər bütün günü meşələrdə və talalarda dolaşaraq, qəbilə üzvlərinə xəstəliklər zamanı kömək etmək üçün müalicəvi otlar, köklər və çiçəklər toplayırdı. Buna görə ona mağarada isti bir yer və yemək verilirdi. Və bu təbii ki, ədalətli idi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun