» » » Bu məhsullar gömrük rüsumundan azad edilib

Bu məhsullar gömrük rüsumundan azad edilib

posted in: Xəbər | 0
birbank biznes

gömrük rüsumu , Əmək pensiyalarının hesablanması , lisenziya , e-qaimə , ish və istirahət günləri , Elektron satınalmalar, iştirak haqqı, Elektron satınalmalarda iştirak haqqı, 2022, qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması, Ezamiyyə xərclərinin normaları, mediasiya, Vahid büdcə təsnifatı“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, ölkə ərazisinə idxal olunan maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları gömrük rüsumundan azad edilib.

Bundan başqa, Azərbaycana gətirilən bir sıra tərəvəz bitkilərinin toxumları, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar, heyvanların yemlənməsi üçün həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar da gömrük rusumundan azad olunub.

Həmçinin qida məhsullarının sənaye istehsalı üçün istifadə edilən ətirli maddələrin qarışıqları gömrük rüsumundan azad olunub.

Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, No 11, maddə 2164; 2018, No 3, maddə 586, No 9, maddə 1904, No 10, maddə 2169, No 11, maddə 2427; 2019, No 1, maddə 148, No 2, maddə 332, No 4, maddələr 747, 748, 759, No 5, maddə 939, No 7, maddələr 1314, 1323, No 8, maddə 1473, No 12, maddələr 2047, 2055, 2061; 2020, No 1, maddə 84, No 2, maddələr 185, 195, 219, No 3, maddələr 345, 375, No 4, maddə 488, No 8, maddə 1130, No 10, maddə 1267; 2021, No 1, maddə 94, No 2, maddə 201, No 3, maddə 271, No 4, maddələr 392, 422, No 9, maddə 1053, No 10, maddə 1172, No 12, maddələr 1516, 1519, 1536, 1541; 2022, No 1, maddə 83; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 mart tarixli 80 nömrəli,19 mart tarixli 104 nömrəli və 7 aprel tarixli 147 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2102 10 100 0, 2102 10 310 0, 2102 10 390 0, 2102 10 9000, 2102 20 110 0, 2102 20 190 0, 2102 20 900 0, 2102 30 000 0, 2309901000,2309 90 200 0, 2309 90 310 0, 2309 90 330 0, 2309 903500,2309903900,2309 90 410 0, 2309 90 430 0, 2309 90 490 0, 2309 90 510 0, 2309 905300,2309 90 590 0, 2309 90 700 0, 2309 90 910 0, 2309 90 960 0, 3302 109000və 3507 90 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmləri “0” rəqəmi ilə əvəz edilsin;

1.2.1209 91 800 0 və 2301 20 000 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “5” rəqəmi “0” rəqəmi ilə əvəz edilsin.

2. Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri,12 may 2022-ci il.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun