» » » Qədim Romada uçot (I hissə)

Qədim Romada uçot (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

Qədim Romada uçot, Qədim Romada uçot

Vergitutma sisteminin rüşeymləri

1-ci hissə

Qədim Roma sakinləri ilk növbədə çox praqmatiq olublar və boş yerə heç nə etməyiblər.

Mühasibat uçotunun aparılmasının zəruriliyi onlar tərəfindən vergi tutulması sisteminin yaranması ilə başa düşülmüşdü ki, onun da məbləği uçot məlumatlarına əsasən hesablanan bazanın həcmindən asılı idi.

İş ondadır ki, başlanğıcda, Romanın inkişafının erkən (çarlıq) dövründə daimi vergitutma sistemi mövcud deyildi, eləcə də müntəzəm dövlət xərcləri yox idi. Hərbi xidmətə görə və ya yerinə yetirilən hansısa işlərə görə dövlət öz rəiyyətinə ödəniş etmirdi. Vətəndaşlardan vergi dövlət tərəfindən yalnız son dərəcə zəruri hallarda tutulurdu. Əslində, bu məcburi bir kredit alma idi, çünki xoşbəxt vaxtlar gəldikdə, alınan məbləğlər ödəyicilərə qaytarılırdı. Bundan başqa, liman rüsumları, ictimai çəmənlikdə mal-qaranın otlamasına görə rüsum və sahələrdən istifadə edənlərdən məhsulun bir hissəsi toplanılırdı. Bütün bu rüsumlar ictimai xəzinəyə toplanılırdı ki, oranın da açarı çarın əlində idi. Ancaq, dövlət maliyyəsini idarə etməsinə baxmayaraq, dövlət əmlakı çarın şəxsi mülkləri ilə qarışdırılmırdı.

İctimai mülkiyyətin mühasibat uçotunun tarixi öz başlanğıcını Romanın əsasının qoyulmasından götürüb. Onun ilkin simvolu kimi “müqəddəs çuxur” (mundus) adlandırılırdı və ilk sakinlərin hər biri ev təsərrüfatının aparılması üçün lazım olan bütün ehtiyatları ora qoyurdu. Bu isə qarşılıqlı yardım icma fondunu təşkil edirdi. Beləliklə, Romanın mövcud olduğu ilk günlərdən indiyədək mövcud olan vergi sistemi ideyası meydana çıxır – şəxsi əmlakın bir hissəsinin ictimai tələbatın ödənilməsi sistemi. Xatırladaq ki, bundan əvvəlki dövrdə vergi yığımı yalnız bir məqsəd güdürdü – çarın xoşbəxt həyatını təmin etmək.

Vergilərin yığılmasının təsərrüfat uçotu ilə heç bir bağlantısı olmayana qədər, uçot yalnız “idarəetmə” kimi mövcud idi və həmin səbəblərə görə romalılar tərəfindən çox pis aparılırdı. Təsadüfi deyil ki, qədim Roma icmasının mühasibat uçotuna dair heç bir əlyazma abidəsi bizə gəlib çatmayıb. Və Siseronun özü də qeyd etmişdi ki, Roma icması qeydlərə və sənədlərə çox az diqqət yetirirdi.

Serviy Tullinin islahatları

Roma vətəndaşlarının mühasibat uçotuna münasibətinin dəyişməsinə səbəb altıncı Roma çarı Servinin (e.ə. VI əsr) islahatı olub. Romanın yeni sosial quruluşu yalnız vətəndaşlar arasındakı əmlak fərqlərinə əsaslanırdı. Beləliklə, Roma cəmiyyətinin strukturlaşdırılması yalnız iqtisadi əsaslar üzərində qurulmuşdur: əgər sən böyük bir sərvət cəmləyə bilmisənsə, əgər sənin böyük torpaq sahələrin varsa, əgər sənin çoxlu qulların varsa, başqa sözlə desək, əgər sən varlı olmaq yollarının incəliklərini mənimsəmisənsə – onda ictimai pilləkənin ən yüksək pillələrindən birində dayanmağa layiqsən.

Bu islahata görə, Roma əhalisinin hamısı beş sinif və ya kateqoriyaya bölünürdü.

Birinci sinfə mülkiyyət qabiliyyəti 100 min mis ass və ya (torpaq senzinə çevirdikdə) tam torpaq sahəsi olan vətəndaşlar daxil idi;

İkinci sinfə – 70 min ass və ya torpaq sahəsinin dörddə üçünə sahib olanlar;

Üçüncü sinfə – 50 min ass və ya torpaq sahəsinin yarısına sahib olanlar;

Dördüncü sinfə – 25 min ass və ya torpaq sahəsinin səkkizdə bir hissəsinə sahib olanlar daxil idi.

Yerdə qalan vətəndaşlar isə sinif bölgüsündən kənar qalmışdılar. Əmlak vəziyyətinin sonrakı dəyişikliyindən asılı olaraq, vətəndaşlar daha yüksək və ya daha aşağı əmlak dərəcələri siyahılarına daxil ola bilərdilər. Bu vəziyyət müvafiq olaraq həmin vətəndaşların siyasi xüsusi çəkisində və onlar üçün dövlət vəzifələrinin tutulması imkanında öz əksini tapmışdır.

Qədim Romada hesab edirdilər ki, dövlət işləri ilə yalnız öz şəxsi işlərinin öhdəsindən gələ bilənlər məşğul ola bilərlər. Əgər bir şəxs öz şəxsi təsərrüfatında uğura imza ata bilməyibsə, yəni, insan kasıbdırsa, o dövlət üçün nə edə bilər ki?

Vətəndaşın əmlak vəziyyətini müəyyənləşdirməyə imkan verən uçot işlərinin aparılması bununla həm dövlətin maraqlarına (əmlak kateqoriyasından asılı olaraq tutulan vergilərin miqdarı), həm də müəyyən mövqeləri tutmağa imkan verən statuslarını açıqlamaq üçün əllərindən gələni edən vətəndaşların xidmətinə başladı. Beləliklə, hələ Qədim Yunanıstanda elan edilmiş mühasibat hesabatlarının ictimailik prinsipi, Qədim Romada praktiki əsaslara və tammiqyaslı ictimai etirafa malikdir.

Vətəndaşların əmlak vəziyyətinin müəyyən edilməsi üzrə işlər xüsusi dövlət məmurlarının-senzorların üzərinə düşürdü. Onlara “Roma ailəsinin ataları” (pater familias)” “ev kitabı” adlandırılan hesabları görüntüləmək üçün təqdim etdilər və pater familias onların məzmununun həqiqiliyini təsdiq etməyə söz verdi. Ev kitabları sonradan dövlət arxivinə saxlanılmaq üçün verilmiş kadastr siyahılarının tərtib edilməsi üçün senzora əsas kimi xidmət edirdi.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun