» » » Mühasibat Auditi

Mühasibat Auditi

mühasibat auditiMühasibat auditi-nin aparılmasının əsas məqsədi şirkətlərdə mühasibat uçotunun dəqiq və dürüst aparılmasının yoxlanmasından ibarətdir. Həmçinin mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılması da auditorların işidir.

Auditorlar mühasibat və ya maliyyə hesabatının auditini apararkən xüsusilə Mü­hasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununun mü­ha­sibat uçotunun təşkili məsələlərinə dair tələblərin yerinə yetrilməsinə xüsusi diqqət verməlidirlər.

Bu tələbləri qısaca xarakterizə etsək:

  • Müəssisə əmlakının, öhdəliklərinin və bütün əməliyyatlarının müha­si­bat uçotunu və Qanun əsasında işlənib hazırlanmış mühasibat uçotu stan­dart­la­rına, mühasib uçotunun hesab planına və başqa normativ sənədlərə uyğun mü­hasibat uçotu hesablarında qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə aparıl­ma­lıdır
  • Mühasibat uçotunun aparılmasında hesabat dövrü ərzində ayrı-ayrı təsərrüfat əməliyyatlarını uçotunda düzgün əks etdirməli, əmlakın qiyrnətlən­di­rilməsi zamanı təsərrüfatçılıq şəraitindən asılı olaraq qəbul edilmiş uçot si­ya­sə­tinə və Qanuna uyğun hazırlanmış mühasibat uçotu slandartları və uçota da­ir başqa normativ sənədlərin tələblərinə əməl olunmalı, keçən dövr ilə mü­qa­yisədə uçot siyasətindəki dəyişikliklər mühasibat hesabatında izah edilməlidir.
  • Hesabat dövründəki (ay,rüb, il) mövcud əmlakın, öhdəliklərin, kapi­talın, hesablaşmaların və digər sərfətlərin invertarizasiyanın nəticələri uçotda tam və düzgün əks etdirilməlidir. Bütün təsərrüfat əməliyyatlarının ardıcıl olaraq  uçot registirlərində düzgün, xronoloji qeydiyyatı təmin edilməlidir.
  • Gəlir və xərclər hesabat dövrünə düzgün aid edilməlidir. Uçotda cari xərc­lərin istehsala (tədavül xərclərinə) və kapital qoyluşlarına ayrılması dürüst mü­əyyənləşdirilməlidir. Hər ayın biri tarixinə analitik uçot hesablarının mə­lu­mat­ları ilə üzləşdirilərək onların bərabərliyi və düzgünlüyü müəyyənləş­di­ril­mə­lidir.
  • Mühasibat uçotunun əsas vəzifəsi maliyyə, bank, vergi orqanları,     in­ves­torlar, malsatanlar, malalanlar, kreditorlar, dövlət orqanları və digər mara­ğı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həya­ta keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesablarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırılmaqdır.Maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etməkdir.
  • Müəssisədə mühasibat uçotunun təşkilinə müəssisə rəhbəri cavab­deh­dir. Müəssisənin rəhbəri mühasibat uçotunun düzgün aparılması üçün lazımi şərait yaradır, uçotla əlaqədar olan bütün bölmələrinə, xidmətlərin işçiləri    tərəfindən hazırlanan uçot sənədlərinin və məlumatların vaxtında və duzgün tərtib və təqdim edilməsi işində, tələblərin yerinə yetrilməsini təmin edir və uçot üzrə normativ sənədlərin tələblərinə riayət edir.

Leave a Reply

Your email address will not be published.