Müxtəlif ölkələrdə “sosiallar”: yoxsula harada yaşamaq asandır?
3-cü hissə
Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.
Digər zəngin ölkələrlə müqayisədə bu, necə görünür? Kasıblığa yüklənmiş nəsillərə harada yaşamaq daha asandır: Amerika, Kanada, Fransa, Böyük Britaniya və yaxud Yaponiyada?
Britaniya
Birləşmiş Krallıqda aztəminatlılara altı dəstək proqramları, o cümlədən işsizliklə bağlı müavinət proqramı fəaliyyət göstərir. Amerika velferinin ən yaxın analoqu 16 yaşdan 65 yaşa qədər olan vətəndaşlar üçün nəzərdə tutulmuş və sıfır və ya az gəliri olan, 16 min funtdan çox olmayan əmanətə sahib və həftədə 16 saatdan az işləyənlər üçün fərdi gəlirlərin dəstəklənməsi (Income Support for people) proqramıdır.
Bu zaman, əgər insan irəli sürülən tələblərə cavab verirsə, digər sosial yardım növləri də əldə oluna bilər.
İki uşağı olan tək valideyn ayda 292 funt (384 dollar) vəsait əldə edə bilər.
Yaponiya
1990-cı illərin sonuna qədər yardım üçün dövlətə müraciət edən şəxslərin sayı Yaponiyada tamamilə az idi və indi əhalinin təxminən iki faizini təşkil edir.
Onların təxminən yarısı 60 yaşdan yuxarı olan və iş tapmaq imkanı olmayan kimsəsiz vətəndaşlardır.
Müavinətin məbləği real olaraq yerləşdirilən gəlir və minimum zəruri xərclər arasındakı fərqə əsaslanan mürəkkəb sxem üzrə hesablanır.
Yaponiyanın sosial yardım sisteminin özəlliyi, əmək qabiliyyətli qohumları olan insanların ödəniş üçün müraciət edə bilməmələridir. Yalnız ənənələr deyil, həm də ölkənin mülki məcəlləsi qohumların qayğısına qalmağı tələb edir.