» » » Müxtəlif ölkələrdə “sosiallar”: yoxsula harada yaşamaq asandır? (2-ci hissə)

Müxtəlif ölkələrdə “sosiallar”: yoxsula harada yaşamaq asandır? (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Müxtəlif ölkələrdə “sosiallar”: yoxsula harada yaşamaq asandır?

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Digər zəngin ölkələrlə müqayisədə bu, necə görünür? Kasıblığa yüklənmiş nəsillərə harada yaşamaq daha asandır: Amerika, Kanada, Fransa, Böyük Britaniya və yaxud Yaponiyada?

Kanada

Kanada sistemi Amerika ilə təxminən eyni zamanda və onun ətrafında yaradılmışdır və bəzi fərqlər ilə, eyni prinsiplər əsasında qurulub.

Vilayətlər geniş fəaliyyət azadlığına malikdir. Əmək qabiliyyətli yardım alanlar fəal iş axtarmağa borcludurlar.

Fərq müavinətlərin alınmasına müvəqqəti məhdudiyyət qoyulmamasından ibarətdir və bəzi hallarda ona uşaqları olmayanlar da iddia edə bilərlər.

ABŞ-da olduğu kimi ödənişlər rəsmi yoxsulluq səviyyəsinə çatmır, lakin hələ də bir qədər yüksəkdir. Beləliklə, Ontario əyalətində bir uşaqlı tək valideyn ayda 941 Kanada (724 Amerika) dolları alır. Əlillər üçün ödənişlər daha yüksəkdir.

“Ümumilikdə, hər iki Şimali Amerika dövlətində siyasət yoxsulluğun azaldılmasından daha çox yardım alanların sayının azaldılmasına yönəlib, amma, ABŞ-da vəziyyət bir qədər pisdir”, – Saskaçevan əyalət universitetinin professoru Deniyel Beland belə qeyd edir.

Fransa

Ölkə səxavətli sosial ödənişlər ilə məşhurdur.

Amerikan “velfer”inin ən yaxın analoqu “Revenu de Solidarite active” (RFA) adlı proqramdır. Ondan uşağını tək böyüdən valideyn və ya əvvəl iş yerində çalışan və sonra iş yerini itirən 25 və ya 18 yaşdan yuxarı şəxslər istifadə edə bilərlər.

ABŞ-dan fərqli olaraq, uşaqların olması vacib şərt deyil, ancaq uşaqları olanlar daha çox yardım alırlar.

İki övladı olan tək valideynin başqa gəlir mənbəyi yoxdursa və digər sosial yardım növləri üçün müraciət etmirsə, ona ayda maksimum 1069 avro ödənilir.

ABŞ-Kanada, Fransa, Britaniya və Yaponiya arasında əsas fərq ondan ibarətdir ki, digər ölkələrdə gəlirlərindən asılı olmayaraq, uşaqları olan ailələrə müxtəlif müavinətlər mövcuddur.

Amerikada vergi güzəştləri fəaliyyət göstərir, lakin onlardan yalnız vergi ilinin sonunda dövlətlə yekun hesablaşmada istifadə etmək olar.


Müxtəlif ölkələrdə “sosiallar”: yoxsula harada yaşamaq asandır? (3-cü hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun