» » » Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (4-cü hissə)

Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (4-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

mühasiblərProfessor Y.V. Sokolovun mühasiblər üçün təlimatları

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz

Mühasibatlığa və mühasiblərə sevgi

Professor Yaroslav Vasilyeviç Sokolov (1938-2010-cu illər) mühasibat uçotunu və mühasibləri çox sevirdi. “Sevgi – necə gözəl səslənməsinə baxmayaraq, olduqca qeyri-müəyyən sözdür”, – Sokolov yazırdı.

“Mühasibatlıq, bir çoxları təsdiq edir ki, – çox sadə işdir və gəncləri və həyatdan çox-çox uzaq olan, təkrar-təkrar elə hey yeni-yeni kitablar yaradan alimləri  yolundan sapdıran hansısa ağıldan kənar təsvirlər tələb etmir; mühasibat uçotu universitetlərdə və kolleclərdə, “qeyri-səmimi və anlaşılmaz nəzəriyyələr” uyduran professorlardan deyil, öz işini bilən və sevən və insanların istedadını yüksək dəyərləndirdiyi mühasib praktiklərdən, ilahinin mərhəmət göstərdiyi hesabdarlardan öyrənilməlidir”. Buradan belə nəticə çıxır, – Sokolov yazır ki, uçot nəzəriyyəsi – bu ya boş insanların boş uydurmasıdır… və ya “nə vaxtsa mühasibliyi oxuyan, lakin bu işdə işləməyə bacarmayan insanların” mövcud olması üçün bir vasitədir.

İkinci variantı şərti olaraq utilitar adlndırmaq olar.

Bu mövqeyə görə, “mühasibat uçotu nəzəriyyə kimi qəbul olunmalıdır, əks təqdirdə onu universitetlərdə tədris etmək olmazdı”. Professor Sokolovun fikrinə görə, “oxşar cavablar verən adamlar rus generalı İ.O. Suxozanetin (1785-1861-ci illər) təlimatlarını təkrar edirlər: “Elm insana hərbi geyimdəki bir bir düymə kimi lazımdır. Bir düymə olmasa da işləmək mümkündür, lakin bu, artıq nizamsızlıq sayılacaq”. Beləliklə, nəzəriyyə mühasibin sosial statusunun artırılması üçün lazımdır.  Kobudluğuna baxmayaraq belə yanaşma, çox geniş yayılıb və  nəinki heç bir mənası olmayan, əksinə, həm biliyi, həm də onları təmsil edən insanları ləkələyən bir çox müzakirələrin meydana gəlməsinə səbəb olur”.

Üçüncü cavab variantını Y.V. Sokolov ruhunda biz romantik adlandıra bilərik.

Bu mövqeyə görə, “mühasibat uçotu iki tərəfə malikdir”: praktik (hesabdarlıq) və nəzəri (hesabşünaslıq). Birinci aydındır, ikinci, “Təcrübə nəzəriyyəsiz kordur” (İ. Kant) aforizminə əsasən hər bir müəssisənin ən yaxşı iqtisadi nəticələrə nail olmasından ötrü hesabdarlıqdan istifadə imkanlarının aşkara çıxarılması zəruridir. Və burada nəzəriyyə ilk dəfə təcrübədən ayrılır, o, yalnız özünə xas qanunlarla  inkişaf etməyə başlayır. Bu inkişafdan praktikanı tabe etdirən, istiqamətləndirən və formalaşdıran qaydalar doğulur”.

“Təcrübədə doğulan nəzəriyyə, iqtisadi həyat faktlarını ümumiləşdirir və izah edir, ancaq müəyyən bir andan etibarən özünü təmin edir, bəzi ümumi müddəalar əsasında məntiqi qanunlara uyğun inkişaf edir həyatdan, onun təlaşından və problemlərindən tamamilə asılı olmayaraq mövcuddur. Buradan belə bir nəticə çıxır: nəzəriyyə sadəcə işləyənlərə deyil, daha çox düşünərək işləyənlərə lazımdır. Birinci qrupa nəzəriyyə yardımdan daha çox zərər verir, ikinci qrupa – düşünənlər, mühasibat uçotunun dərin problemlərini tədqiq edənlər, normativ sənədləri (qanunlar, qaydalar, təlimatlar) tərtib edənlər və müəssisənin işində yüksək səmərəliliyə çatmaq üçün bu və ya digər metodoloji üsulları seçənlərdən ötrü nəzəriyyə zəruridir, onsuz bu qrupa daxil olan insanlar yaşaya və işləyə bilməzlər”.


Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (5-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun