» » » Amerika dolları necə hazırlanır? (1-ci hissə)

Amerika dolları necə hazırlanır? (1-ci hissə)

posted in: Xəbər | 0

dollarAmerika dolları necə hazırlanır?

1-ci hissə

Bu yaxınlarda rublun çöküşü ilə bağlı yaranan panika (elə rublun əvvəlki dövrdəki enişləri zamanı da) heç birimizdən yan keçmədi. Biriləri dərhal dollar almağa, digərləri isə təcili şəkildə ABŞ pullarını satmağa, üçüncü qism isə hipermarketlərə gedərək, şübhəsiz ki, həmişə qiymətdə olacaq və qarabaşaq yarmasına və una dəyişdirilə biləcək televizorlar və digər məişət texnikası almağa girişdilər.

Lakin, bu gün biz valyuta birjalarındakı fırtınaları deyil, həmin valyutanın – daha doğrusu dünyanın ən populyar və kütləvi valyutası olan dolların özünün necə hazırlanmasından danışacağıq. Eyni zamanda, tarixə kiçik bir ekskursiya edəcəyik və bir az da müxtəlif nominallı banknotlar haqqında söz açacağıq.

Dollarlar məhz, bu idarədə hazırlanır, bu, ABŞ Maliyyə Nazirliyinə daxil olan ABŞ-ın qravirovka və çap üzrə Bürosudur. Büro 1862-ci ildə Vaşinqtonda yaradılıb və məhz, qiymətli kağızlar və ilk növbədə banknotların buraxılışı sahəsində ixtisaslaşıb. Büroda iki mindən çox adam işləyir. Sikkələr isə baş ofisi ABŞ paytaxtında yerləşən xəzinədarlıq Sarayında zərb olunur.

Biznes hesabi

Yeri gəlmişkən, büro üzrə ekskursiyalar da təşkil olunur ki, həmin ekskursiyalara istənilən şəxs yazıla bilər.

Hər şey ən azından 10 il müddətində bu işi öyrənən ustalar tərəfindən polad plastinlər üzərində oyma (qravüra) ilə başlanılır. Bu çox dəqiqlik və səhihlik tələb edən çox zəhmətli bir işdir. Saxta pullardan müdafiə səviyyəsi oymanın keyfiyyətindən asılı olur.

Oyma hazır olduqdan sonra, xüsusi kağızı hazırlamaq lazım gəlir. Dollarlar zamanla saralmasınlar deyə, onları ağacdan istehsal edilmiş adi kağızdan hazırlamırlar. Onlar 25 faizi kətan ipi və 75 faizi pambıqdan ibarət olan kütlədən hazırlanır. Kağız sintetik liflərlə (Birinci dünya müharibəsinə kimi bu funksiyanı ipək ipləri yerinə yetirirdi) möhkəmləndirilir. ABŞ-ın oyma və çap üzrə Bürosu üçün bu işləri Massaçusets ştatında yerləşən “Kreyn şirkəti” şirkəti yerinə yetirir.

Kağızın hazırlanması prosesi səkkiz mərhələdən keçir. Öncə kətan və pambıq kütlələri qaynadılır, sonra təmizlənir və və işıqlandırılır, ardınca həmin kütlə pressdə sıxılır və çıxan məhsul cihaza verilir, orada müəyyən temperaturda yumşaldılır və o, kiselə bənzər məhlula çevrilir.

Bu kağızda çap edilən banknotlarda daxili təbəqə vardır ki, onu heç cür saxtalaşdırmaq mümkün deyil. Dollardakı su nişanları müəyyən bir qaydada liflər bu təbəqədən çəkildikdə əldə edilir. Həmçinin kağızın hazırlanması mərhələsində ona təhlükəsizlik zolaqları tikilir ki, bu da əskinasların son nümunələrində peyda olub.

Bu mərhələlərdən sonra kağız xüsusi pressin altında qurudulur, bundan sonra o, 2,5 metr enində və 4 ton ağırlığında böyük rulona fırladılır. Kağızda artıq su nişanları və təhlükəsizlik ipləri vardır və hər bir rulon müəyyən nominalda banknotların hazırlanmasına gedir. Bu cür hər bir rulondan 3,5 milyard ədəd 100 dollarlıq əskinas çap etmək mümkündür.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun