Maraqlı faktlar
1980-ci ildən başlayaraq, Britaniyanın fond birjasının aparıcı indeksi olan FTSE100 siyahısından yüz şirkətdə top – menecerlərin maaşları 4000%, onların tabeliyində olanların maaşları isə 300% artıb.
2010-cu ildə FTSE100 (Financial Times Stock Exchange) siyahısından olan şirkətlərin direktorlarının əməkhaqlarının orta yüksəlişi 50% artmaqla hər biri üçün 2,7 milyon funt sterlinq təşkil etdi ki, bu da ölkə üzrə orta göstəricidən 100 dəfədən çox demək idi.
2011-ci ilin sonuna FTSE indeksi 5572 bənd təşkil edirdi ki, bu da 1999-cu ildəki göstəricidən 1358 bənd aşağı demək idi.
2008-ci ildə Zimbabvedə inflyasiya 231 000 000 faizə çatmışdı.
300 il əvvəl çay şirkətinin adında şriftlə yazılmış “Tuayninqz” sözü tarixdə ən köhnə dəyişməz kommersiya loqotipidir.
Çində donuz əti istehsal edən digər 43 ölkədə birlikdə olduğundan daha çox donuz var.
Çinin Çjutsi şəhərinin milyon nəfər sakini il ərzində 8 milyard cüt corab istehsal edir. Bu, dünya corab istehsalının 35%-ni təşkil edir.
1835-ci il yanvarın 8-i tarixdə yeganə gündür ki, ABŞ-ın dövlət borcu olmayıb.
İtaliyada ən nəhəng korporasiya mafiyadır. Onun dövriyyəsi 178 milyard dollar təşkil edir ki, bu da ÜDM-nin 7%-ni təşkil edir.
IKEA – dünyanın üçüncü ən böyük ağac istehlakçısıdır; şirkət hər il 2 milyard İsveç frikadeleklərini satır.
İldə 14 000 funtdan çox qazanc əldə edən adamlar, planetin ən varlı adamlarının 4% təşkil edir.
“Birds eye” şirkəti 2011-ci ildə 225 milyard dondurulmuş noxud satıb; həmin noxudlarla 40 olimpiya hovuzunu doldurmaq mümkündür.
Əgər “Birds eye” şirkətinin satdığı bütün vaflilər il ərzində üst-üstə yığılsaydı, onun hündürlüyü 474 Everest zirvəsi hündürlüyündən də yüksək olardı.
2012-ci ildə “Apple” korporasiyasının hesabında, amerikan hökumətinin hesabında olan puldan daha çox vəsait var idi.
“Gillette” şirkəti 1903-cü ildə ilk dəfə öz məhsulunu satmağa başlayarkən, cəmi 168 ədəd ülgüc satmışdı.
İlk reklam sinqllarını (musiqi) qəzetlər çap etmişdi – oxuculara onları sərbəst şəkildə oxumağı təklif olunurdu.
Amerikada piarçıların sayı jurnalistlərin sayından üç dəfədən də çoxdur.
Britaniya pərakəndə ticarəti satılmayan hədiyyə sertifikatlarından ildə 250 milyon funt vəsait əldə edir.
Maraqlı faktlardan biri də odur ki, Amerika Bankı başlanğıcda İtaliya Bankı adlanırdı.
2011-ci ildə Bibliya (İncil) bütün dünyada 25 milyon nüsxədə çap olunmuşdu və həmin ildə çap edilmiş İKEA kataloqlarının sayı 208 milyon nüsxə olmuşdu.
2005-ci ildə Britaniyada 54 milyarder ümumilikdə 14,7 milyon funt gəlir vergisi ödəyib. Həmin məbləğdən 9 milyon funtu – britaniyalı sənayeçi dizayner Ceyms Dayson ödəyib.
2009-cu ildə Amerikanın “Eksson” Neft Şirkəti 19 milyard dollar mənfəət əldə etmişdir, bundan 156 milyon dollar isə federal verginin qaytarılması şəklində geri alınmışdır..
2011-ci ildə dünyanın ən bahalı yaşayış rayonu olan Hayd-park-1-in, London evlərində 62 mənzil sahibindən yalnız doqquzu heç olmasa hansısa bələdiyyə vergisini ödəyib.
600 000 çox şirkət (o cümlədən Hayd-park-1 yerləşən 25 mənzili olanlar) Britaniyanın Vircin adalarında (əhalisi vur-tut 28 882 nəfər təşkil edir) qeydiyyatdan keçib.
İnsanın Aya göndərilməsi və Üsamə bin Ladenin axtarışları (1957-2011-ci illər) amerikan hökumətinə eyni məbləğə və eyni vaxta başa gəmişdi: on il və 100 milyard dollara.
Böyük Britaniyada adambaşına Almaniyada olduğundan 13 dəfə çox mühasib düşür.