» » » Məhsuldarlığınızı yüksəltmək üçün 6 məsləhət

Məhsuldarlığınızı yüksəltmək üçün 6 məsləhət

posted in: Uncategorized | 0
birbank biznes

Məhsuldarlığı yüksəltmək üçün 6 məsləhət

Sizin kim olmağınız mühüm deyil: muzdlu işçisiniz və ya şəxsi biznes sahibisiniz, sizin uğurunuzun səviyyəsi bir çox hallarda öz məhsuldarlığınızdan asılı olacaq. Alınan nəticələrin sərf olunan resurslara nisbəti hər hansı bir fəaliyyət növü üçün çox vacibdir.

Siz öz vaxtınızdan ağıllı şəkildə istifadə etməlisiniz. Kiçik dəyişikliklər və həyatınıza yeni vərdişlərin əlavə edilməsi məhsuldarlığınızı artıracaq. Siz daha az vaxt ərzində daha çox iş görə biləcəksiniz, bu halda həmin işlər daha keyfiyyətli yerinə yetiriləcək. Məhsuldarlığın yüksək səviyyəsi nəinki israrlı, həm də ağıllı işə əsaslanır. Siz öz resurslarınızdan maksimum səviyyədə bəhrələnməyi öyrənməlisiniz.

Sizin məhsuldarlığınızı yüksəldən altı məsləhət:

 2 dəqiqəlik qayda

Bir çoxları çətin yerinə yetirilən vəzifələrə üstünlük verməyə, daha az vaxt tələb edən işləri isə sona saxlamağa üstünlük verirlər. Lakin, həmişə 2 dəqiqəlik qaydanı nəzərə almaq lazımdır: əgər siz hansısa tapşırığı və ya məsələni iki dəqiqə ərzində yerinə yetirə bilərsinizsə, onda dərhal onları həll edin. Bu sizə artıq tapşırıqdan qurtulmağa və daha sonra bir daha bu məsələyə geri qayıtmamağa kömək edəcək.

məhsuldarlığı yüksəltmək

Çoxtərəfli tapşırıqlardan yan keçin

Bir zaman anı üçün diqqətinizi bir tapşırıq üzərinə cəmləşdirməyi öyrənin. Əgər siz öz diqqətinizi eyni vaxtda bir neçə şeyin üzərinə yönəltsəniz, onda yerinə yetirdiyiniz işlərin keyfiyyəti əhəmiyyətli şəkildə azalacaq. Hətta əgər tapşırıqlar elə də böyük deyilsə belə, bütün hallarda onları növbə ilə yerinə yetirin. Belə etsəniz, yəni diqqətinizi bir işin üzərinə cəmləsəniz, onda daha həcmli işlərin öhdəsindən əhəmiyyətli şəkildə sürətlə gələ biləcəksiniz.

Keyfiyyətli proqram təminatından istifadə edin

Bir çox sahələrdə yaxşı proqram təminatının istifadəsi əmək məhsuldarlığını artırmaq, vaxta və vəsaitlərə qənaət etmək üçün böyük potensiala malikdir. Müasir proqram təminatları mürəkkəb biznes-proseslərini çox asanlaşdırır.

Digər tərəfdən, komanda qarşılıqlı təsirini asanlaşdırmağa imkan verən bir çox onlayn resurslar mövcuddur: ünsiyyət, bilik mübadiləsi, informasiya ötürülməsi, layihələrin birgə idarə edilməsi və bir çox digər şeylər. Bütün bunlar iş prosesini optimallaşdırmağa və işçilərin məhsuldarlığını artırmağa kömək edir.

Fasilələri unutmayın

Günlərlə işləsəniz, çox tez yorulmağa başlayacaqsınız ki, bu da məhsuldarlığın azalmasına gətirib çıxaracaq. Hətta kiçik bir fasilə belə, işə yeni qüvvə ilə başlamağa kömək edəcək.

Ağır tapşırıqdan sonra qısa bir fasilə etmək tövsiyə olunur, bu konsentrasiyanı yaxşılaşdırmağa kömək edəcək və müvafiq olaraq bu əvvəlki məhsuldarlığı bərpa edəcəkdir.

Siz bu zaman hər hansı bir məşqlə də məşğul ola bilərsiniz ki, bu beyninizin işləmək qabiliyyətini  yaxşılaşdıracaq. Eləcə də siz 10-15 dəqiqə ərzində mürgüləyə də bilərsiniz. Elə ən yaxşı ideyalar da məhz, rahatladığınız zamanlarda sizə tərəf gələ bilər.

məhsuldarlıq

Lazımsız müşavirələri aradan qaldırın

Lazımsız müşavirələr bir çox şirkətlərdə iş prosesini dondurur. Onların aradan qaldırılması, xeyli vaxta qənaət etməyə imkan verəcək. İşçilərinizlə bağlı təsəvvürdən ötrü və onların iş nəticələrindən xəbərdar olmaq üçün əməkdaşları həftədə bir dəfə toplamaq yetərlidir. Çoxsaylı görüşlər mənəvi ruhu qırır və məhsuldarlığı azaldır.

Bütün bildirişləri söndürün

Sizin diqqətinizi heç kim və heç nə yayındırmasın deyə, bütün bildiriş mənbələrini söndürün. Hansısa mesajın gəlməsi ilə bağlı siqnal eşidirsinizsə, sizdə öz telefonunuzu yoxlamaq cazibəsi yaranır. Lakin, işinizin keyfiyyəti bir çox cəhətdən sizin tapşırığınıza nə qədər yaxşı diqqət yetirməyiniz ilə müəyyən edilir. O səbəbdən iş prosesinizə mane ola biləcək hər şeydən uzaq durun.

Hər bir yaxşı işçi öz məhsuldarlığını artırmağa çalışmalıdır. Bunu əsas məqsədiniz etmək lazımdır, axı, sizin həm şirkətinizin uğuru, həm də öz uğurunuz bundan asılıdır.

 

Ən zəngin və ən uğurlu mühasib-sahibkarlar

Azərbaycan Mühasiblər Məktəbi - Mühasibat kargüzarlığı kursu