» » » Keyfiyyətli mühasibin 10 əlaməti (I hissə)

Keyfiyyətli mühasibin 10 əlaməti (I hissə)

posted in: Xəbər | 0

Mühasibləri qorxutmağa ehtiyac yoxdur, qorxu hissi çoxdan onların daxilinə nüfuz edib. Bu ağır yükü hər il getdikcə daha çox üzücü hesabatlar dərc edən kadr bazarının mütəxəssisləri öz üzərlərinə götürüblər: xatırladırlar ki, mühasib sayına görə dünyada yüksək səviyyəli rəqabət olan üçüncü peşədir.

Və onu da əlavə etməyi unutmayıblar ki, milyonlarla mühasib təkcə bir-biri ilə deyil, həm də avtomatlaşdırma, autsorsinq, yeni xidmətlər və proqramlarla da rəqabət aparırlar.

Milyonlarla mütəxəssis – əlbəttə, təsirli səslənir. Lakin, gəlin dürüst olaq: bu milyonlardan nə qədəri, işəgötürənlər və müştərilərin onlardan ötrü növbəyə dayana biləcəkləri keyfiyyətli, mükəmməl mütəxəssisdirlər?

Belə mühasibi necə tanımalı? Çox asan. Onun 10 fərqləndirici xüsusiyyəti var. İndi bu haqda söz açacağıq.

Biznes hesabi

keyfiyyətli mühasib

1-ci əlamət. O, həm detalları, həm də ümumi mənzərəni eyni cür görür.

Detalların nə qədər vacib olduğunu bilmək istəyirsiniz – bunu mühasibdən soruşun. Məbləğdə bir səhv rəqəm və ya kiçik bir vergülün olmaması, Everest ölçüsündə nəticələrə səbəb ola bilər. Belə ki, mükəmməl mütəxəssis hər bir detalı görməyi bacarır: rəqəmlər, işarə, hərflər. O, diqqəti cəmləşdirmək texnikasını əla mənimsəyib, öz hüdudlarını bilir və “gözlərinin nə vaxt ağrıdığını da” əla hiss edir. Belə bir mühasibin yanından heç bir səhv sivişib keçə bilməz.

Diqqətin cəmləşdirilməsi texnikası nəyə lazımdır? Ona görə ki, bütöv bir sənəddə detalları görmək – göründüyü qədər də asan məsələ deyil. Əslində biz sözləri və digər məlumatları ayrı-ayrılıqda oxumuruq, onları bütövlükdə qavrayarıq. Sözlərdəki bütün hərflərin (birinci və sonuncudan başqa) qarışdırıldığı testi xatırlayın, lakin siz bütün hallarda məzmunu asanlıqla oxuyursunuz?

Bax, diqqətin cəmləşdirilməsi texnikası beyni “aldatmağa” və hər bir detalı görməyə yardım edir. Və özü də bu, deyildiyi qədər də sadə bir şey deyil.

Detallarla iş yekunlaşmır. Əla mühasib təkcə onları görmür. O, çox asanlıqla ümumi təsvirə də keçid edə bilir, müxtəlif sənədlərlə qarşılıqlı əlaqəni və uçotun ümumi strukturunu görə bilir.

Uçotun struktur anlayışını başa düşmək üçün ən vacib bacarıqlardan biri də dövriyyə-balans cədvəlini (DBC) oxumaq bacarığıdır. Ən yüksək səviyyəli mütəxəssisə hətta yeni müştəri olsa belə, DBC üzrə müəssisənin həyatının ümumi mənzərəsini tərtib etmək üçün 30-60 dəqiqə vaxt kifayət edir.

2-ci əlamət. Dövlət dəyişikliklərini izləmək üçün tənbəllik etməyin.

Hətta İngiltərə kraliçası bizim dövlətin qanunları dəyişdirdiyi tezlikdə paltarlarını dəyişdirmir. Bütün bu sonsuz düzəlişləri və yenilikləri izləmək çətin işdir və elə də cəlbedici bir şey deyil. Lakin, hesabatların təqdim edilmə sürəti və vergi sisteminin bütün imkanlarından ən ağlabatan şəkildə istifadə edilməsi, məhz, ondan asılıdır. Belə ki, əla mütəxəssis həmişə əlini nəbzdə saxlayır.

Yeganə çətinlik odur ki, “xəbərləri izləmək” kimi “barmağını nəbzdə saxla” deyimi də olduqca qeyri-müəyyən ifadələrdir. Harada izləməli? Hansı tezlikdə izləməli? Nələrə diqqət yetirməli? Necə etməli ki, buna çoxlu vaxtın getməsin? Adətən, bu onunla qurtarır ki, mühasib “xatırlayanda” xəbərlər saytına daxil olur. Amma, o bunu həftədə və ya ayda bir dəfə də xatırlaya bilər.

Mücrü çox sadə açılır: bu bacarıql istənilən bir vərdiş kimi  işləmək lazımdır. Yəni, bu fəaliyyəti eyni vaxtda (məsələn, səhər qəhvə içərkən etmək mümkündür) yerinə yetirmək lazımdır və ilk vaxtlarda bunu vərdiş halına salana qədər təkrarlamaq lazımdır.

Təcrübədən məsləhət

Buna çox vaxt sərf etməmək üçün istənilən arayış hüquq sisteminə abunə ola bilərsiniz. Bəli, buna görə ödəniş etmək lazımdır, lakin, əvəzində bütün məlumatlar bir yerdə birbaşa əlinizə gələcək, üstəlik ekspert məsləhətləri ilə birlikdə.

Və əlbəttə, bir də hansı qurumları izləmək lazım olduğu baradə danışacağıq. Məcburi minimum: Vergi xidməti, Pensiya fondu, Sosial sığorta fondu, Maliyyə Nazirliyi.

3-cü əlamət. Texniki yenilikləri izləyir, işi sadələşdirmək üçün yeni xidmətlər və proqramları bilir

Bilirsinimi ki, 1C proqramı nəyi ilə gözəldir? Onunla gözəldir ki, bu proqramı “müəyyən qədər elə tamamlamaq mümkündür” ki, o, sizin bütün ehtiyaclarınızı ödəyə bilər və hətta təkrarlanan cansıxıcı işlərin bir hissəsini öz üzərinə götürə bilər. Bundan ötrü nə lazımdır? Əlavə imkanları axtarıb tapmaq lazımdır.

Avtomatlaşdırmanın iki üsulu var: fərdi şəkildə işləyib hazırlamaq və ya hazır servis xidmətlərindən istifadə etmək. Birinci üsul ona görə yaxşıdır ki, siz konkret ehtiyaclar üçün zəmanətli uyğun həll əldə edirsiniz. Amma, təbii ki, bu xeyli vaxt alır və baha başa gəlir. İkinci üsul ona görə yaxşıdır ki, “hər şey artıq bizdən əvvəl icad edilib”, əksər mühasiblərin eyni problemləri var və ağıllı insanlar artıq onların həllini

keyfiyyətli mühasib

 hazırlamışlar. Bunlar həm 1C-nin rəsmi xidmətləri, həm də müstəqil tərtibatçıların həlləri ola bilər.

Təcrübədən məsləhət

Hazır xidmətlərin böyük seçimini Market42-də tapa bilərsiniz. Bu, 1C-nin yeganə markepleys xidmətidir ki, siz oradan abunə yolu ilə avtomatlaşdırma üçün  həllərdən istifadə edə bilərsiniz. Almamışdan əvvəl bütün xidmətləri ödənişsiz olaraq sınaqdan keçirə bilərsiniz.

Hə, bir də onları daimi olaraq almaq lazım deyil, avtomatlaşdırmanı çevik şəkildə idarə edə bilərsiniz: xidmətlərdən zərurət yarandıqda, məsələn, hesabat dövrlərində istifadə edə bilərsiniz.

4-cü əlamət. Bilir ki, mexaniki vərdişə vaxt və güc sərf etməyinə dəyməz

Zaman – yeri doldurula bilməyən yeganə resursdur. Bizim edə biləcəyimiz yeganə şey onu savadlı şəkildə bölüşdürməkdir. Tutaq ki, həftədə 40 saat işləyən iki mühasib var. Lakin, onlardan biri təkrarlanan, cansıxıcı işlərə 30 saat vaxt ayırır, digəri – strateji problemlərin həlli, bacarıqların təkmilləşdirilməsi və məqsədlərə çatmaq üçün 30 saat vaxt ayırır. Necə düşünürsünüz, onlardan hansı daha tez uğura çata bilər?

Mexaniki vərdiş – mühasibatlıq işlərinin qaçılmaz düşmənidir. Lakin, onu başqa birinə həvalə etmək olar. Bu, digər əməkdaşlardan biri və yaxud robot da ola bilər. Bəli, bir daha avtomatlaşdırma barədə. Sizi minimum xərclə maksimum vaxta qədər azad edən ağıllı avtomatlaşdırmadan söhbət gedir.

Məsələn: əgər il ərzində iki-üç yeni tərəfdaşınız olursa, onda bahalı 1C:Kontragent satın almağınıza ehtiyac yoxdur. Belə ki, həmin işləri əl ilə yoxlaya biləsiniz. Və əksinə, sonsuz sənədlər axını, 10-15 təchizatçı, fakturada 50-70 element varsa, ilkin sənədləri əl ilə daxil etmək bütün vaxtınızı həzm-rabedən keçirəcək. Desert kimi isə sizin əsəblərinizlə qəlyanaltı edəcək.

Təcrübədən məsləhət

Yeri gəlmişkən, ilkin sənədlərin daxil edilməsi, məhz, ən çox vaxt aparan prosesdir. İlkin sənədlər – cansıxıcı işlərin kraliçasıdır və əgər siz mühasibat uçotunu avtomatlaşdırmağa hazırsınızsa, məhz, ondan başlamaq lazımdır.

1C “Fasta: ilkin sənədlərin avtomatlaşdırılması” xidmətini sınaqdan keçirə bilərsiniz. O, hər səhifəyə 30 saniyədən çox vaxt sərf etmir, mühasib isə bunu etmək üçün 5-10 dəqiqə vaxt sərf edir. Yüz vərəqdə kifayət qədər vaxta qənaət də bilərsiniz.

5-ci əlamət. Biznesi dost kimi qəbul edir, ona vergilərə qənaət etməkdə kömək edir

Biznesin ən yaxşı dostu onun köməyinə gələn mühasibdir. Təəssüf ki, mühasiblər daha çox döyüşkən mövqe tuturlar (direktor – idiotdur, müştərilər adamı cana yığıblar) və təşəbbüskarlıq göstərmədən işləyirlər. Hərçənd həmişə iş başındadırlar və öz vəzifələrini yerinə yetirirlər.

Şirkət rəhbərini yalnız bir şey – nəticə maraqlandırır. Biznes cərimələnməyib ki? Şirkət vergilərdə qənaət edə bilibmi?

Yaxşı mütəxəssis biznesin bütün ağrılarını və ehtiyaclarını bilir. Və onları aradan qaldırmaqda kömək edir. O, mühasibin konkret təqviminə deyil, qlobal məsələlərə (məsrəfləri azaltmaq, vergləri optimallaşdırmaq, gəlirləri artırmaq) fokuslanır. Rəhbər şəxslər, məhz, belə mütəxəssislərin “ovlanması” ilə məşğul olurlar.

Təcrübədən məsləhət

Vergi optimallaşdırılması – heç də göründüyü qədər asan və bariz bir proses deyil, lakin, hətta orada elektron köməkçi tapa bilərsiniz. Məsələn, “Vergi planlaması”. O, hesabat təqdim etməzdən əvvəl vergilərin məbləğini idarə etməyə kömək edəcək, bütün şifrələmələri təqdim edəcək və onların azaldılması üçün tövsiyələr verəcəkdir.

Həmçinin, “Vergi planlaması” vergi endirimi məbləğləri ilə registrlər hazırlayacaq, havadan asılı qalmış ödənişlərin ümumi mənzərəsini təhrif etməmək üçün sizə yalnız dövrləri seçmək lazım gələcək.

II Hissəyə nəzər yetirmək üçün daxil olun

Əmək müqaviləsinin müddəti necə müəyyən olunur?