» » » Keyfiyyətli mühasibin 10 əlaməti (II hissə)

Keyfiyyətli mühasibin 10 əlaməti (II hissə)

posted in: Xəbər | 0
1 günə girovsuz və zaminsiz sürətli kredit

I Hissəyə nəzər yetirmək üçün daxil olun

Mühasibləri qorxutmağa ehtiyac yoxdur, qorxu hissi çoxdan onların daxilinə nüfuz edib. Bu ağır yükü hər il getdikcə daha çox üzücü hesabatlar dərc edən kadr bazarının mütəxəssisləri öz üzərlərinə götürüblər: xatırladırlar ki, mühasib sayına görə dünyada yüksək səviyyəli rəqabət olan üçüncü peşədir.

Milyonlarla mütəxəssis – əlbəttə, təsirli səslənir. Lakin gəlin dürüst olaq: bu milyonlardan nə qədəri, işəgötürənlər və müştərilərin onlardan ötrü növbəyə dayana biləcəkləri keyfiyyətli, mükəmməl mütəxəssisdirlər?

Belə mühasibi necə tanımalı? Çox asan. Onun 10 fərqləndirici xüsusiyyəti var.

II hissədə digər 5 əlamət ilə tanış olun.

6-cı əlamət. Müddəti qabaqlayır

Mühasibin işi tarixlər (müddət) ətrafında qurulur. Əməkhaqqı, vergilər, icarə haqqı, hesabatlar – hər biri konkret bir tarixdə hazır olmalıdır.

Təəssüf ki, bir çox işlərdə olduğu kimi bu məsələyə bizim öz “milli yanaşmamız” vardır – hər şeyi lap son dəqiqədə yerinə yetirmək. Və əlbəttə, yaramazlıq qanununu üzrə kontragentlər elə son dəqiqədə yoxa çıxır, saytlar sıradan çıxır, kompüterlər xarab olur, bir sözlə hər şey bir-birinə qarışır.

Müddətin pozulması isə cərimələr şəklində nəticələnir 

Təbii ki, bütün bunlar gündəlikdə və ya sizə bunu xatırlada biləcək bir proqramda qeyd olunur: Google təqvimi, Bitrix, Megaplan və ya hər hansı digər elektron planlaşdırıcı.

7-ci əlamət. Tükənmir və lazımi vaxtlarda fasilələr etməyi bilir

“12 saat deyil, başla işləmək lazımdır” – mükəmməl mühasiblərin əməl etdikləri bu qızıl prinsipdir. Bir çoxları nədənsə hesab edirlər ki, yaxşı mühasiblər iş yerində yaşayırlar, lakin, bu heç də elə deyil.  Neçə saatınızı işə sərf etməyiniz önəmli deyil, önəmli olan nə qədər məhsuldar olmağınızdır.

keyfiyyətli mühasib

Dincəlmiş və diqqətli mütəxəssis bir saat ərzində tükənmiş əməkdaşın 8 saat ərzində yerinə yetirdiyi işdən daha çox iş görəcək.

Odur ki, “batareyalarınızı” doldurmağı unutmayın. İnsan diqqətinin cəmləşdirilməsinin həddi – 45 dəqiqədir. Bundan sonra hökmən qısa fasilə vermək lazımdır.

Yaxud da bu formada işləməyi sınaqdan keçirmək olar: taymer üzrə 25 dəqiqə işləmək, sonra 5 dəqiqə fasilə etmək. Dörd dəfə bu cür, sonra – 15 dəqiqə fasilə. Bu sistem dəfələrlə öz effektivliyini sübut edib.

Fasilələrlə yanaşı məzuniyyəti də unutmaq olmaz. İdealda – hesabatlar arasında istirahət tarixlərini seçmək: I və II rüblərarası dövr və ya II və III rüblərarası dövrdə.

Təcrübədən məsləhət

Əlbəttə, hamımız bilirik ki, mühasib istədiyi vaxt “məzuniyyət istəyirəm” deyib, istirahətə gedə bilməz. Əvvəlcə bundan ötrü nələrin qayğısına qalmaq lazım gəldiyinə baxaq:

  • əgər siz vergilər və sığorta haqları üzrə ödəniləcək məbləği artıq bilirsinizsə, onları əvvəldən ödəmək mümkündür;
  • təchizatçılarla hesablaşmaları aparın;
  • əgər məzuniyyət haqqının hesablanması məlumatlarını dəqiq bilirsinizsə, o zaman sizinlə paralel olaraq məzuniyyətə getməli olan işçilərə məzuniyyət pulunu verməyə çalışın.

8-ci əlamət. Analitik qabiliyyətləri artırır

Mühasibin işi bir də o səbəbdən çətindir ki, bu işdə fasiləsiz və çox genişmiqyaslı informasiya axını mövcuddur. Yəni, həmin məlumat axını emal edilməli, daha vacibi isə həmin informasiya axınından ən mühüm olanlar ayrılmalıdır, eləcə də qərarların qəbulu zamanı interpretasiya etmək lazım gəlir.

Bütün bu vəzifələr kəskin analitik ağıl tələb edir. Lakin bu heç də ilahidən gələn hər hansı bir qabiliyyət deyil, sadəcə bacarıqdır. nİstənilən bir bacarıq kimi, o da daimi iş və təcrübə tələb edir. Analitik qabiliyyətlər də əgər onların üzərində daim çalışılarsa, əzələlər kimi yetişdirilir.

9-cu əlamət. Mühasiblərin beynəlxalq dilində danışır

Beynəlxalq standartları bilmək mühasibin inkişafı üçün bir çox imkanlar açır: o, beynəlxalq bazara çıxa, xaricdən investisiyaları cəlb edə, ən yaxşı mütəxəssislərlə bərabər miqyaslı rəqabət apara bilər. Bəs, dünyanın bütün maliyyə mütəxəssisləri hansı dildə danışırlar? Əlbəttə, MHBS dilində.

keyfiyyətli mühasib

Bu səviyyədən olan mühasiblərin maaşları da yüksək olur. Bəzən bu əmək haqqının 50 faiz yüksəlməsinə səbəb olur.

Təcrübədən məsləhət

MHBS üzrə kurslar qeyri-rəsmi vaxtda keçirilə bilər və nəticədə siz sertifikat ala bilərsiniz. Təlimin müddəti mövcud bilik və bacarıqlarınızdan asılı olaraq dəyişə bilər, lakin adətən 40 ilə 360 saat arasında dəyişir.

10-cu əlamət. Bacarıqların çevikliyinin mühümlüyünü başa düşür və onları inkişaf etdirir

Hard skills – peşəkar bacarıqlar-əlbəttə ki, mühasib üçün əsas bacarıqlardır, lakin müasir dünyada işəgötürənlər daha çox çevik və ya qeyri-peşəkar bacarıqlara diqqət yetirirlər. Budur, mühasiblər üçün lazım olan soft skills top-üçlüyü:

  1. Ünsiyyət bacarıqları və komandada işləmək bacarığı. Mühasib daim ünsiyyətdə olmalıdır: işçilərlə, rəhbərliklə, qarşı tərəflərlə, yoxlama orqanları ilə, səhmdarlarla. Belə ki, ünsiyyət bacarıqları mənimsənilməsi lazım olan siyahıda yerləşir. Pis xarakterli mütəxəssislə işləməyə heç kim dözmək istəməz.
  2. Mürəkkəb, çətin şeyləri sadə dillə izah etmək bacarığı. Mühasib daim nələri isə izah etməli olur: rəhbərliyə, əməkdaşlara və müştərilərə. Əgər mürəkkəb olanı sadə sözlərlə necə çatdırmağı, barmaqlarınızla aydın izah etməyi və göstərməyi bilirsinizsə, o zaman özünüz və başqaları üçün işi sadələşdirəcəksiniz. Heç kim mühasibat uçotunu və sənədlərin doldurulmasının xüsusiyyətlərini başa düşməyə borclu deyil, amma, necə öyrətməyi bilirsinizsə, bunu bir çox mühasiblərin etməli olduğu kimi yüzlərlə dəfə deyil, yalnız bir dəfə etməli olacaqsınız.
  3. Stresə davamlılıq və dözüm. Daimi dəyişikliklər, tükənmə müddətləri, işçilər və müştərilərlə problemlər – təəssüf ki, bu, orta statistik mühasibin reallığıdır. Bütün bunlarla necə davranmağınız peşəkarlığınızın birbaşa göstəricisidir. İşə qəbul üzrə agentliklərin bütün vakansiyalara saldıqları bədnam “stresə davamlılıq” bacarığı mühasib üçün həqiqətən həyati əhəmiyyət kəsb edir.

Çevik bacarıqlar sadə səslənir, lakin vaxt və təcrübə tələb edir. Onları məşq etdirmək lazımdır, çünki indi müsahibələr zamanı hard skills deyil, soft skills, baza intellekti deyil, emosional intellekt qiymətləndirilir.

Əmək müqaviləsinin müddəti necə müəyyən olunur?