» Vakansiya: Xərclər üzrə aparıcı mühasib – OBA Marketlər şəbəkəsi

Vakansiya: Xərclər üzrə aparıcı mühasib – OBA Marketlər şəbəkəsi

0

OBA Marketlər şəbəkəsi

Vakansiya: Xərclər üzrə aparıcı mühasib tələb olunur

İşəgötürən: OBA Marketlər şəbəkəsi

Əməkhaqqı: Razılaşma

  • Şəhər: Bakı
  • Yaş: 23 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • E-mail: cv@oba.az / info@finstaff.az

İş barədə məlumat:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsi, ona nəzarətin, operativ məlumatların təqdim edilməsi, mühasibat hesabatlarının tərtib və təqdim edilməsinin təmin edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunun, mühasibat uçotu hesablarında hərəkətinin, istehsal dövriyyəsi və xərclərinin, xərclər smetasının hazırlanması;
  • Əsas vəsaitlərin müvafiq qeydiyyatının aparılması, kapitallaşma və amortizasiyasının mühasibat uçotuna əsasən həyata keçirilməsi.

Əlavə təminatlar:

  • Nahar;
  • Korporativ nömrə;
  • Servis xidməti

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

Namizədə tələblər:

  • Təhsil səviyyəsi: Ali (Maliyyə, mühasibat uçotu və ya iqtisad yönümlü);
  • İş təcrübəsi: Maliyyə analtikası sahəsində ən az 2 il;
  • Kompüter bilikləri: MS Office (Excel- sərbəst), Logo Tiger bilikləri üstünlükdür;
  • Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:
  • Yüksək dərəcədə analitik qabiliyyət və riyazi düşüncə;
  • Nəticəyönümlülük;
  • Dəqiqlik.

E-mail: cv@oba.az / info@finstaff.az

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə Xərclər üzrə aparıcı mühasib yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: finstaff.az

To apply for this job email your details to info@finstaff.az